Deputat: 'Bizim itirəcəyimiz heç nə yoxdur

Deputat: 'Bizim itirəcəyimiz heç nə yoxdurMilli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov
Bildiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdi. Ali Baş Komandan bu görüşdə bir sıra vacib məsələlərə toxundu, müharibə və post-müharibə dövrünə dair təhlillər apardı, yaranmış yeni şəraitdə Azərbaycanın mövqeyini bir daha açıq şəkildə təqdim etdi. 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, münaqişəni öz gücünə nizama saldı. Prezident bir daha açıq şəkildə münaqişəyə yekun vurulmasına dair fikir söylədi və xəbərdarlıq etdi. Düşünürəm ki, ölkə başçısının bu xəbərdarlığı həm hələ də münaqişə anlayışını ortaya atmağa çalışan bəzi xarici qüvvələrə, həm məğlubiyyətin nəticəsindən dərs çıxarmaq istəməyən Ermənistana, həm də daxildə hər zaman pozuculuq fəaliyyəti ilə məşğul olan qüvvələrə idi.
Azərbaycan güclü dövlətdir. Baxmayaraq ki, biz müharibədən yeni çıxmışıq, ölkədə normal iqtisadi, siyasi proseslər gedir, daxili birlik yüksək səviyyədədir, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Bütün bunların fonunda bəzən biz müxtəlif dövlətlər və təşkilatların Azərbaycana hər hansı bir formada təzyiq cəhdini görürük. Həmin qüvvələr yaxşı anlamalıdırlar ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz, yalnız əməkdaşlıq formasında ünsiyyət qurmaq olar. Azərbaycana təzyiq göstərməyə cəhd edənlər yox, Azərbaycanla əməkdaşlığa üstünlük verənlər qazanclı çıxırlar.
Son günlər biz cəbhənin müxtəlif istiqamətlərində erməni təxribatının artdığını da görürük. Ordusunun böyük bir hissəsini müharibədə itirən və rəzil vəziyyətə düşən Ermənistanın bu cür hərəkətləri yekun nəticədə bu ölkə üçün daha böyük faciələrə səbəb ola bilər. Prezidentin "biz müharibəyə hər zaman hazırıq və hazır olmalıyıq" deməsi Ermənistana açıq şəkildə edilən xəbərdarlıqdır. İmzalanan müqavilə yerinə yetirilməlidir. Ermənistanın bundan başqa yolu yoxdur. Azərbaycanın səbrini sınamaq, pozuculuq fəaliyyətinə cəhdlər etmək onlar üçün yaxşı heç nə ilə nəticələnməyəcək.
Prezident İlham Əliyev bütün dövrlərdə, o cümlədən müharibə zamanı söylədiyi fikirləri reallaşdıran ölkə başçısıdır. Buna görə də qarşı tərəf ötən gün Ali Baş Komandanın söylədiyi fikirləri yenidən ciddi şəkildə təhlil etməli və əməkdaşlıq masasına oturmalıdır. Ermənsitanla münasibətlərin gələcək perspektivlərinə də toxunan Prezident İlham Əliyev Azərbaycanın şərtlərinin aydın olduğunu, lakin qarşı tərəfdən hələ də rəsmi bir münasibət bildirilmədiyini söylədi. Əslində, Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası ən çox Ermənistana lazımdır. Bizim itirəcəyimiz heç nə yoxdur. Zaman bizim xeyrimizə işləyir. Azərbaycan hər gün gücünə güc qatır. Ona görə də Ermənistan bütün spekulyasiyaları kənara qoymalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Sosial       Tarix: 15 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber