Deputat BNA-nı tənqid etdi: "Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənir

Deputat BNA-nı tənqid etdi: "Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənirDeputat BNA-nı tənqid etdi: "Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənir"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyini (BNA) tənqid edib.
R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, BNA müsbət istiqamətdə bir neçə iş görüb, amma avtomobillərin dayanma-durması ilə əlaqədar yenə də böyük problemlər qalır.
"Bakının küçə və kvartallarında maşın saxlamaq müşkülə çevrilib. Çünki hər yerdə qadağalar mövcuddur. Qadağalarda isə maşını o ərazilərdə neçə dəqiqə saxlamaqla bağlı bir şey yazılmayıb. Sadəcə "olmaz". Maşını o ərazilərdə saxlayan kimi BNA-nın işçiləri gəlib şəkli çəkirlər və 10 dəqiqə keçməmiş maşının sahibinə 20 manat cərimə olunması barədə mesaj gəlir", - deyə deputat əlavə edib.
Deputat söyləyib ki, son bir ayda BNA-nın əməkdaşlarından başqa yol polislərinin eyni avtomobilin fotosunu çəkməsi də müşahidə edilir.
"Bu qədər şəkillər çəkilir, etirazım yoxdur. Elə sürücülər var ki, qaydaları pozurlar və onlar cəzasını almalıdır. Amma birinci olaraq şərait yaradılmalıdır ki, insanlar apteklərin, dükanların, bazarların qabağında rahat şəkildə avtomobillərini saxlayıb işlərini görsünlər. Bu məsələ bu günə qədər həll olunmayıb. Adamları qoyurlar ora, biri 50 qəpik alır, biri bir manat. Biri deyir BNA-nın işçisidir, biri deyir Bakı Şəhər İcra Hakimiyyətinin. Çek vermir və heç bir məsuliyyət daşımır. Biz xaricdə olanda görürük ki, orada istənilən şəhərdə xüsusi aparatlar var. Orada maşın saxlayan gəlib pulunu ödəyir və qəbzi alır, həmin qəbzi maşının qabaq şüşəsində yerləşdirir. Təklifim bundan ibarətdir ki, Bakının küçələrində eyni cür aparatlardan istifadə olunsun və insanlar maşın saxlamağa görə əziyyət çəkməsin. O qurğunun qiyməti olsun 500-700 dollar. Həmin cihazdan alıb quraşdırmaq lazımdır – çek də veriləcək və məsuliyyət də yaranacaq", - deyən R.Quliyev onu da təklif edib ki, mərkəzdəki qiymətlər kənar ərazilərdə nisbətdə artıq olsun.
"Bu mexanizmi qurmaq nə böyük problemdir?! Bu, həm insanlara rahat olar, həm də büdcəyə pul gələr", - deputat bildirib.
R.Quliyev xatırladıb ki, BNA-ya məktub yazıb və orada 7 sual qoyub. Üstündən 50 gün keçəndən sonra isə BNA deputatın müraciətinə cavab verir.
"Hiss edirəm ki, bu cavabların üzərində kifayət qədər güclü mütəxəssislər işləyib və çalışıblar ki, problemlərə qanuni don geyindirsinlər. Mən bir məsələni ciddi formada qoydum - BNA işçisi ilə sürücü münasibətləri nəyin əsasında tənzimlənir? Cavab yazılmışdı ki, həmin münasibətlər BNA-nın daxili təlimatları ilə tənzimlənir. Mən hüquqşünas deyiləm, iqtisadçıyam, polemikaya girmək istəmədim. Hiss edirəm ki, bəzi yerlərdə BNA dəyişiklik etmək istəyir, amma məsələ axıra çatdırılmır.
Mən isə yenə sualıma qayıdıram. Daxili təlimatlar həmin qurumun işçilərinə aiddir. Vətəndaşların hansısa qurumun işçisi ilə yaranan münasibətlərinin tənzimlənməsi isə fərqlidir. Bu sənədi ya Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləməlidir, ya da Nazirlər Kabinetinin xüsusi qərarı çıxmalıdır, ya da Milli Məclisin qəbul etdiyi qanun olmalıdır.
Deputat BNA-nı tənqid etdi: "Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənirBNA mənə cavabının birində sürücülərin etiraz etməsinə şübhə ilə yanaşdığını bildirib. Açıb sosial şəbəkələrə baxmaq lazımdır, düzdür, sosial şəbəkələrdə bəzən düzgün olmayan məlumatlar da yayılır. Ancaq bu problemdən minlərlə insan şikayətlənir. BNA özü haqqında fikirləri görmək istəyirsə, sosial şəbəkələrə baxsın".
Parlamentari təklif edib ki, problemlərin aradan qaldırılması üçün tezliklə addımlar atılmalıdır.
R.Quliyev deyib ki, hansısa deputat tənqidi fikir səsləndirəndə onun kimdənsə və ya hansısa qurumdan inciməyinə dair təsəvvür yaranmamalıdır:
"Bu, bizim problemlərin ümumi təzahürüdür. Hər şey qayda-qanunla, sivil qaydada tənzimlənməlidir. Bir çox küçələrdə kameralar quraşdırılıb, bunu alqışlayıram, insanların təhlükəsizliyi üçün  vacibdir. Həmin kameralara baxaraq müəyyən edilməlidir ki, sürücü avtomobilini təyin olunan vaxtdan çox saxlayıb ya yox. Çox saxlayıbsa, cərimə yazılsın".
Millət vəkili qeyd edib ki, onlarla deputat həmkarı onu dəstəkləyir.
Aqşin Kərimov

Sosial       Tarix: 21 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler