Deputat "Green card" barədə: "Azərbaycana gələnlər Amerikaya gedənlərdən heç də az deyil

Deputat "Dünyanın bütün ölkələrində, xüsusilə gənclər xarici ölkələrə üz tutmağa meyilli olurlar. Yəni, o demək deyil ki, təkcə Azərbaycanda gənclər başqa ölkələrə gedirlər. Bu, Avropa ölkələrinə də şamil edilə bilər. Bu gün Bakı küçələrində gəzəndə ərəbləri, ingilisləri, türkləri və başqa millətlərin nümayəndələrini görürük. Yəni, Azərbaycana gəlib burada yaşamağa üstünlük verənlər də var".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə Amerikada yaşamaq üçün "Green card" qazananlardan danışarkən deyib.
Deputatın sözlərinə görə, ölkəni tərk edib başqa yerdə yaşamaq onu deməyə əsas vermir ki, burada yaşayış üçün normal şərait yoxdur: "Doğrudur, Azərbaycandan xarici ölkələrə gedənlər çoxdur, amma nəzərə almaq lazımdır ki, bizim ölkəyə üz tutanlar da az deyil. Ölkəmizdə yaşayış üçün münbit şərait yaradılıb. Ola bilər ki, gənclər xarici ölkələrə əsasən təhsil almaq, nisbətən də işləmək üçün gedirlər. Azərbaycanda elə orta yaşlı təqaüdçü ingilislər var ki, qiymətlər, xüsusilə də ərzaq məhsulları daha ucuz olduğu üçün ölkəmizdə yaşamağı seçiblər. Bu proses dünyanın hər yerində gedir, insanlara necə xoşdursa, elə də yaşayırlar. Sevindirici haldır ki, belə şərait yaranıb, yəni, insanlar istədikləri ölkədə rahat yaşayışlarını təmin edə bilirlər. Burada qəbahət görmürəm. Azərbaycandan elə görünür ki, insanlar ABŞ-a üz tuturlar. Digər ölkələrdə vəziyyət başqa cür ola bilər. Statistika təqdim edilərsə, yəqin, aydın olar ki, başqa ölkələrdən Azərbaycana gələnlər Amerikaya gedənlərdən heç də az deyil. Sadəcə olaraq, burada Azərbaycanla ABŞ arasında ərazi və əhali fərqi nəzərə alınmalıdır".

Sosial       Tarix: 09 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou cebheden xeberler novruz bayramı xeber