Deputat Latviya parlamentinin qərarını məntiqsiz hesab edir
Deputat Latviya parlamentinin qərarını məntiqsiz hesab edir
"Latviya parlamentinin qondarma erməni soyqırımını qəbul etməsinin arxasında Ermənistanın çirkin propaqanda maşını dayanır".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Bayramov deyib.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "erməni soyqırımı"nı tanıyan Latviyanı qınayıb.
Türkiyə XİN bəyan edib ki, Latviya parlamentinin qərarı tarixin siyasi motivlərlə yenidən yazılması üçün əbəs bir cəhddir.
K.Bayramov vurğulayıb ki, ermənilər illərlə azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədiblər.
"1918-ci ildə soyqırımı həyata keçirənlər, tarixi sübutlarla təsdiq olunmuş Xocalı soyqırımını törədənlər bu gün ermənilərin qondarma soyqırımından danışır. Onlara bağlı dairələr də müxtəlif ölkələrin parlamentlərində yalana əsaslanan təbliğatlar aparırlar", - deyə K.Bayramov əlavə edib.
Deputat bildirib ki, hər hansı ölkə parlamentinin təsdiq olunmamış, tədqiqatı aparılmamış hadisələrə qiymət verməsi və ittiham səsləndirməsi məntiqsizdir:
"Türkiyə dövləti dəfələrlə 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistana müraciət edib, tarixçilərin bir araya gəlməsini təklif edib. İş ondadır ki, sübut yoxdur deyə, ermənilər tədqiqat masasına əyləşməkdən imtina edir".
Latviya parlamentinin qərarında BMT-nin soyqırımı ilə bağlı konvensiyasına istinad edilir. Həmin konvensiyanın müddəalarına əsasən, hər hansı bir hadisənin soyqırımı kimi tanınması üçün müvafiq səlahiyyətli orqanın - məhkəmənin qərarları zəruridir.
K.Bayramov qeyd edib ki, 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı, imperativ qərar yoxdur.
"Bu zaman biz hansı tanınmadan danışa bilərik?! Buna görə də Latviya parlamentinin qərarı heç bir imperativ qüvvəyə malik deyil, sadəcə mövqedir", - deyə K.Bayramov fikrini yekunlaşdırıb.
Aqşin Kərimov
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar