Deputat: "Lazım olmadığı halda 2-3 çörək alırlar, amma istifadə etmirlər

Deputat: "Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, srağagündən qalmış çörək qurusu asılır. Yəni ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq. Dünya o dünya deyil, sudan da ehtiyatla istifadə edilməlidir. Atmosfer dəyişir, kənd təsərrüfatı həm də iqlimdən, təbiətdən asılıdır. Ona görə də təbiəti qorumaq, ehtiyatlı istifadəyə meyillənmək lazımdır. Gəlin çörəkdən, qidadan artıq alıb sonra xarab olduğu üçün heyvanlara verməyək".
Azxeber.com xəbər verir ki, bunu "pravda.az"-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputatın sözlərinə görə, un məhsullarının, eləcə də çörəyin qiymətinin qalxması dövlətlə birbaşa əlaqəli deyil: "Dövlət, yəqin ki, problemin qarşısını almaq üçün kompensasiya edəcək. Hesab edirəm ki, belə problemləri önləmək üçün tədbirlər görmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə taxıl əkini ilə məşğul olan dövlətlər daha bu işlə məşğul olmurlar. Beləliklə, taxıl istehsalı azaldığı üçün dünya bazarında taxılın qiymətində də artım baş verir.
Üstəlik, bəzi Çin kimi dövlətlər dünya taxıl ehtiyatının 60 faizini ələ keçirib, ehtiyat fondu yaradıblar. Bu, dünya üçün böyük problemdir. ABŞ da dünya qarğıdalı ehtiyatını təxminən 55-60 faizinə sahibdir. Azərbaycanda isə taxıl ehtiyatı təxminən 3-4 aylıqdır. Bu, əlbəttə ki, azdır. Bizə heç olmazsa, minimum bir illik taxıl ehtiyatına sahib olmaq lazımdır. İnşallah, yaxın günlərdə Ziyad Səmədzadə ilə birlikdə bu sahə ilə əlaqəli elmi konfrans təşkil etməyi planlaşdırırıq".
Deputat deyib ki, Azərbaycanın istehlak edilən taxılın əksər hissəsini xaricdən aldığını nəzərə almaq lazımdır: "Misal üçün, Türkiyə həmişə taxıl istehsalçısı olduğu halda, indi kənardan idxal edir. Hesab edirəm ki, məsələyə ölkə Prezidenti tərəfindən baxılacaq və müəyyən tədbirlər görüləcək. Yəni, bu, birbaşa dünya bazarı ilə bağlıdır. Dünya dövlətləri taxılçılıqla məşğul olmalı, həm də ehtiyat fondu yaratmalıdırlar.
Bəzi dövlətlər hesab edir ki, iqtisadiyyatı başqa sahə ilə inkişaf etdirib dünya bazarında mövcud olan taxıldan idxal edərək dolanmaq mümkündür. Bir mütəxəssis kimi hesab edirəm ki, Azərbaycan təcili şəkildə taxıl məhsulu istehsalını gücləndirməli və ehtiyatını artırmalıdır. Azərbaycanda məhsuldarlıq aşağıdır. Ümumiyyətlə Azərbaycan məhsuldarlığı aşağı olan dünya dövlətləri arasındadır. İstehsalı artırmaqla özümüzü tam təmin edə bilməsək də, təminatı yaxşılaşdırmaq mümkündür. Misal üçün, işğaldan azad edilmiş ərazilərdə münbit torpaqlarda istehsala başlamaq mümkündür. Bundan başqa, vətəndaşlar da israfçılığa yol verməməlidirlər".

Sosial       Tarix: 04 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim sonxabar xəbərlər.com