Deputat Mərkəzi Banka səsləndi: 'Sahibkarlar milyonlar itirir

Deputat Mərkəzi Banka səsləndi: 'Sahibkarlar milyonlar itirir"Valyuta dəyişmə məntəqələrində xarici valyutaların, o cümlədən dollar və avronun alış-satış kursu arasındakı fərqlər minimumlaşsa da, sistem əhəmiyyətli banklarda konvertasiya məzənnələri arasındakı kəskin fərq qalmaqdadır".
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, nağdsız hesablaşmalar üçün xarici valyutanı, xüsusilə də avronu kifayət qədər aşağı məzənnə ilə alan bir sıra banklar onu daha yüksək kurs ilə satırlar:
"Sistem əhəmiyyətli bir sıra banklar avronu 1,88 manat məzənnəsi ilə alır, lakin 1,95 kursu ilə təklif edir. Bu isə biznesin və xüsusilə də fərdi sahibkarların konvertasiya, yəni valyuta alqı-satqısı zamanı vəsait itirilməsinə səbəb olur.
Məsələn, 100 min avronu manata çevirib yerli ödənişlərini etmək istəyən sahibkar həmin vəsaitin müqabilində 188 min manat alır. Lakin əgər sahibkar manat hesabından avro alıb ödəniş etmək istəyirsə, bu zaman 100 min avro üçün 195 min manat ödəməlidir. Deməli, yalnız 100 min avroluq alqı-satqılarda biznesin ziyanına 7 min manat fərq yaranır. Xarici şirkətlər ilə əməkdaşlıq edən sahibkarların konvertasiya əməliyyatlarının yüz milyonlar olduğunu nəzərə alsaq, fərqin necə böyük olduğunu təsəvvür etmək çətin olmaz".
Vüqar Bayramov qeyd edib ki, əslində, konvertasiya məzənnələri arasındakı kəskin fərq sistem əhəmiyyətli bankların sektordakı aparıcı mövqelərindən istifadə kimi də xarakterizə olunmalıdır:
"Bu məsələnin Mərkəzi Bank tərəfindən tənzimlənməsinə ehtiyac var. Mərkəzi Bankın liberal iqtisadiyyat prinsiplərinə uyğun valyuta konvertasiyası ilə bağlı yeni qaydalar müəyyənləşdirməsi məqsədəuyğun olardı. Bank sektorundakı rəqabətin daha da gücləndirilməsi də bu tip halların minimumlaşdırılmasına səbəb ola bilər".

İqtisadiyyat       Tarix: 21 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər son xəbər kriminal xeber