Deputat: 'Ölkədə yoxsulluq səviyyəsi də kəskin şəkildə azalıb

Deputat: 'Ölkədə yoxsulluq səviyyəsi də kəskin şəkildə azalıb"Prezident İlham Əliyevin rəhbərliyi dönəmində xalq qarşısında verdiyi bütün vədləri tam olaraq yerinə yetirməsi onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmayıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyev 20 il ərzində Azərbaycanı təsəvvür olunmayacaq dərəcədə güclü və bütöv bir ölkəyə çevirdi". 
Bu sözləri azxeber.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
O, həmçinin bildirib ki, ölkəmiz sosial yönümlü ölkə olduğundan atılan bütün addımlar vətəndaşlarımızın rifahı üçün hesablanıb:
"Bütün sahələrdə inkişaf nəzərəçarpacaq dərəcədə olsa da xüsusilə sosial-iqtisadi sahəni qeyd etmək yerinə düşər. Çünki cənab prezident həmişə islahatların mərkəzində Azərbaycan vətəndaşının olmasını prioritet hesab edib. Ölkəmiz sosial yönümlü ölkə olduğundan atılan bütün addımlar vətəndaşlarımızın rifahı üçün olub. Əbəs yerə deyil ki, son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb və ÜDM-nin real həcmi 4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.
Deputat ölkədə yoxsulluq səviyyəsi də kəskin şəkildə azaldığını deyib: "2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Bütün bunlar da əlbəttə borclanmayla yox, ölkəmizin öz kapitalı hesabına baş verib. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Bu cür faktları çox sadalamaq olar. Bütün bunların da memarı məhz prezident İlham Əliyevdir. Hazırda isə qarşımızda daha boyük hədəflər var. Qarabağı bərpa etmək, sakinləri köçürmək və bu kimi məsələlər prioritet məqsədlərdir. 20 il ərzində prezidentimiz düşünülmüş siyasət nəticəsində necə ki bütün vədlərini yerinə yetirib, bundan sonrakı dönəmdə də xalq-iqtidar birliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq".

Siyasi       Tarix: 28 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntüleri krimnal bugun cəbhədən son durum