Deputat: "Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm platformadır

Deputat: "Dünyada çox böyük iqtisadi, siyasi gücə malik olan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti dünya ölkələri üçün vacib bir platformadır".
Bunu Milli Məclisin deputatı azxeber.com-a açıqlamasında Tahir Rzayev deyib.
Deputat bildirib ki, sammitdə dünyanın 15-dən çox aparıcı dövlət rəhbərinin iştirakı bir daha onun əhəmiyyətli rola malik olduğunu göstərir:
"Bu təşkilatın iclaslarında iqtisadi məsələlərlə yanaşı, bəşəriyyəti narahat edən ciddi problemlər, münaqişələr, əməkdaşlıq və dialoq məsələləri gündəmə gətirilir və perspektivlər araşdırılır. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dünyanın 15-dən çox aparıcı dövlət rəhbərinin iştirakı bir daha sammitin əhəmiyyətli rola malik olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət alması ona göstərilən böyük etimadın ifadəsi olmaqla, ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olduğunu bir daha aydın göstərir".
Deputat qeyd edib ki, Prezidentin görüşlərində bir sıra mühüm məsələlər gündəmə gətirilib:
"Azərbaycan Prezidenti sammit çərçivəsində bir çox ölkələrin rəhbərləri ilə - İranın, Ermənistanın, Türkiyənin dövlət başçıları ilə görüşlər keçirmiş, fikir mübadilələri aparmış, mühüm tədbirlərdə yaxından iştirak etmişdir. Bu görüşlərdə gündəmdə olan əsas məsələlər- Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərinin daha da yaxşılaşdırılması, İranla əlaqələrin möhkəmləndirilməsi, qardaş Türkiyə ilə münasibətlərə daha böyük önəm verilməsi, Orta Dəhlizin inkişafı üçün bir sıra məsələlərin gündəmə gətirilməsi olmuşdur".
Tahir Rzayev əlavə edib ki, Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühim bir platformadır:
"bu gün Mərkəzi Asiya ölkələrinin ortaq məxrəcə gəlməsi, Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı ilə əlaqədar məsələlərin həlli Azərbaycan və dünyanın bir çox ölkələri üçün vacib əhəmiyyət daşıyır. Orta Dəhliz Şərqlə Qərbi birləşdirən bir platformadır və bu dəhlizin istifadəyə verilməsi dünya ölkələrinin iqtisadi inkişafına da çox mühüm təkan verəcəkdir". 
Parlamentari Azərbaycan Prezidentinin beynəlxalq tədbirlərdə irəli sürdüyü mövqeyə də toxunub:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq tədbirlərdə sülh, əmin-amanlıq, qonşuluq və əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini gündəmə gətirir və özünün bəyanatları ilə sülhsevər lider olduğunu göstərir. Bu tədbirdə də Azərbaycan Prezidentinin irəli sürdüyü ən başlıca fikir məhz bəşəriyyətin gələcəyi üçün əməkdaşlığı inkişaf etdirmək, təhlükəsizliyə əməl etmək və mehriban qonşuluq normalarını ciddi şəkildə qurmaqdır".
"Şanxay Əməkdaşlıq Təşkilatının sammiti dünya ölkələrinin birgə fəaliyyətinə yeni önəm verməklə bərabər, həm də iqtisadi, siyasi əməkdaşlığı inkişaf etdirmək, dialoq mühitini yaxşılaşdırmaq üçün mühüm bir platformadır. Sammitin yüksək səviyyədə keçirilməsi və burada qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi dövlətlərin milli maraqlarına uyğundur.
Sözsüz ki, sammitin yüksək səviyyədə keçirilməsi, burada qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi hər bir dövlətin milli maraqlarına uyğundur və Azərbaycan da məhz bu maraqlar mövqeyindən daim çıxış edir",-deyə deputat vurğulayıb.
Şahanə Ziyad

Siyasi       Tarix: 04 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler