Deputat vətəndaşları qanunsuz şans oyunlarından uzaq olmağa çağırır
Son zamanlar qanunsuz mərc şirkətlərindən şikayətlər artmaqdadır. Vətəndaşlar iddia edirlər ki, qanunsuz oyunlarda qazandıqları məbləği ala bilmirlər.
Bu hal qanunla necə tənzimlənir və vətəndaş bu zaman nə etməlidir?
Bununla bağlı Milli Məclisin deputatı Razi Nurullayev azxeber.com-a açıqlama verərək vətəndaşları diqqətli olmağa və bu tip qanunsuz oyunlarda iştirak etməməyə səsləyib:
"İnternetdə onlayn qanunsuz şans oyunlarının sayı-hesabı yoxdur. Mənə elə gəlir ki, onların tənzimlənməsi üçün güclü bir mexanizm də mövcud deyil. Bu tip qanunsuz mərc şirkətləri yüksək məbləğli oyun keçirib daha sonra yoxa da çıxa da bilərlər. Onların nə yeri bilinir, nə də əlaqə telefonları var ki, şikayətini bildirəsən".
Deputat deyib ki, vətəndaşlar Azərbaycanda qadağan olunan qanunsuz şans oyunlarından yayınmalıdırlar:
"İnternetdə tanınmayan-bilinməyən şirkətin təşkil etdiyi oyunda qalib gəlib, daha sonra o pulu ala bilməmək mümkündür. Ona görə də insanlar gərək tanımadıqları, etibarı olmayan qanunsuz şans oyunlarında iştirak etməsinlər. Çünki iştirak edib qalib gəldikləri və əldə edəcəkləri məbləği ala bilmədikdə Azərbaycan dövləti də, deputatı da, hüquq mühafizə orqanları da onlara kömək edə bilməyəcək.
Çünki onlar, bəlkə də, dünyanın elə bir ölkəsindədir ki, onları tapmaq mümkün deyil. Ən azından belə qanunsuz oyunlara qoşulmazdan əvvəl internetdə araşdırma aparb, bu şirkətlər haqda yazılan fikirləri diqqətə almaq lazımdır".
Qeyd edək ki, tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkədə qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə maraqlı etiraflar edib.
Aktrisa bildirib ki, arada mərc oyunlarında bəxtini sınayır, ancaq "Mostbet" adlı provayder onun udduğu 5 min manatı ödəmir. Qeyd edək ki, bu, "qara bazar"ın təmsilçisi "Mostbet" adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil.
Bu yaxınlarda Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında bildirib ki, "Mostbet"dən udduğu 156 min manatı ala bilməyib. Çox maraqlıdır ki, bu şirkəti Azərbaycanda bir çox tanınmış simalar reklam edir.
Günel

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"