Deputat yenə 'Komedixana'dan danışdı: "Qandıqları yumor elə Ənvərin

Deputat yenə 'Komedixana'dan danışdı: Milli Məclisin deputatı Etibar Əliyev "Komedixana"çıların tənqidinə cavab verib.
E.Əliyev yumorun ciddi iş olduğunu vurğulayıb. 
"Bernard Şou haqlı olaraq deyirdi ki, yumor iti ağılın məhsuludur. İnsanlar təbiət etibarı ilə yumora meyllidirlər. Məşhur yumoristlərdən birinin fikridir: "Yumor nə qədər bol olsa, millət bir o qədər sağlam olar. Əsas vəzifəmiz yumoru təbii, ekoloji təmiz saxlamaqdır".
Əməlli-başlı ekoloji təmiz yumor qıtlığıdır. Bunun sağlamlığımıza da təsiri var.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elias Kanetti ötən əsrin 20-ci illərində yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında bunları yazırdı: "Karl Kraus elə birinci cümləsi ilə insanları güldürürdü. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausun satirik monoloqlarında insanlar ayrı-ayrı gülmürdülər, birgə və ucadan gülürdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər".
Komediaxananın Ənvər Abbasov deyilən bir təlxək və pəzəvəng nümayəndəsi haqqımda əxlaqına uyğun bir "yumor" işlədib. Ona gülənlər içində savadsız və nadan sifətlər gördüm. Qandıqları yumor elə Ənvərin qabitusu qədər idi.
1997-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş dramaturq, rejissor və aktyor Dario Fonun Nobel nitqindən: "Əziz juri üzvləri, bu dəfə siz doğurdan da bütün sərhədləri aşmısınız. Və sizin bu həddini aşma prosesi on bir il əvvəl, bu mükafatı (qara dəriliyə) verdiyiniz vaxtdan başlayıb. Zənciyə Nobel mükafatı?! Siz bununla da kifayətlənmədiniz və mükafatı yəhudiyə verdiniz. İndi isə - təlxəyə. Neapolda deyildiyi kimi-ağılsızlığın sərhədi olmayan bir təlxəyə. Yenə də sizə deməliyəm ki, insan kütlələri mənimlə birlikdə çox gözlənilməz formada sevindilər: xüsusilə də teatral insanlar-məsələn, bir çox aktyorlar, komediantlar. Mən sizə avara-avara veyillənən, sərgərdan komediantların, təlxək və klounların, oyunbazların sevincli fəryadlarını, səsli-küylü alqışlarını çatdırmağı özümə borc bilirəm: biz bu yerə gəlib çatmışıq..."
Hörmətli komediyaxanaçılar! Siz təlxək sözündən nahaq inciyirsiniz. Buna görə Nobel mükafatı alan dramaturq olub və özü-özünə təlxək deməkdən çəkinməyib...
İstəsəniz sizləri Bertold Brextlə də tanış edə bilərəm..." - E.Əliyev bildirib. // Yenisabah.az

Şou Biznes       Tarix: 19 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri son xeberler 2026 cəbhədən son görüntülər valyuta mezenesi