Deputatdan azərbaycanlıların xaricdəki aksiyaları barədə TƏKLİFLƏR

 Deputatdan azərbaycanlıların xaricdəki aksiyaları barədə TƏKLİFLƏRDeputatdan azərbaycanlıların xaricdəki aksiyaları barədə TƏKLİFLƏR
"Qarabağın, işğal olunmuş bütün torpaqlarımızın azad olunması hər bir azərbaycanlının ən böyük arzusudur. Bu istiqamətdə mübarizə təkcə hərb cəbhəsində aparılmamalıdır. Son vaxtlar xaricdə yaşayan soydaşlarımızın keçirdikləri aksiyalar da bu baxımdan əhəmiyyətlidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan diasporu xaricdə bu istiqamətdə erməni diasporu ilə mübarizə aparır.
Millət vəkilinin sözlərinə görə, dünyada erməni lobbisinin güclü olması heç kimə sirr deyil və onlar müxtəlif beynəlxalq təşkilatlara bizim əleyhimizə təsir etmək gücünə sahibdirlər.
"Uzun illərdir Qarabağ məsələsi ilə bağlı erməni lobbisi hər fürsətdə, əsasən də KİV vasitəsilə yalan məlumatlar yayıb və bir sıra hallarda dünya ictimaiyyətini buna inandıra biliblər. Ancaq Azərbaycan dövlətinin beynəlxalq sahədə apardığı düzgün siyasət və gənc diasporumuzun təşkilatlanması nəticəsində beynəlxalq birlik əsl həqiqətləri öyrənməkdədir. İyulun 12-də Azərbaycan - Ermənistan sərhəd xəttinin Tovuz istiqamətində ermənilərin törətdiyi hərbi təxribatdan sonra soydaşlarımız dünyanın müxtəlif ölkələrində ayağa qalxaraq həmrəylik nümayiş etdirdilər. Bu fakt vətəndən uzaqda yaşayan həmvətənlərimizin torpaq sevgisinin, Qarabağa azadlıq arzusunun nə qədər yüksək olduğunun göstəricisidir", - deyə F.Yıldırım əlavə edib.
Parlamentari qeyd edib ki, son günlər müxtəlif ölkələrdə belə aksiyaların təşkil olunması ermənilərin gerçək üzünü dünya ictimaiyyətinə açıb göstərir:
"Bu da onları çox narahat etməyə başlayıb. İcazəli, dinc aksiya keçirən azərbaycanlılara qarşı törədilən zorakılıq və aqqresiya faktları ermənilərin terrorçu mahiyyətindən irəli gələrək həmin təşvişin sübutudur.
Soydaşlarımıza təşəkkür edirik ki, bu tipli aksiyalar keçirirlər, diplomatik nümayəndəliklərimiz qarşısında erməni yalanlarına qarşı çıxaraq, onları susdurmağa çalışırlar".
F.Yıldırım söyləyib ki, bütün bunlarla yanaşı biz daha mütəşəkkil şəkildə mübarizə aparmalıyıq və bu istiqamətdə daha effektiv çıxışlar təşkil etməliyik:
"2004-2009-cu illərdə "Avropa Azərbaycanlıları Mərkəzi" adlı diaspor təşkilatının rəhbəri olaraq əldə etdiyim təcrübəyə əsasən əminliklə deyə bilərəm ki, Qarabağ həqiqətlərinin, xüsusilə də, Xocalıda törədilən erməni qətliamı və vandalizm əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında belə aksiyaların mütəmadi olaraq təşkil olunması çox vacibdir. Beləliklə, biz bu məsələyə dünya ictimaiyyətinin diqqətini çəkərək işğalçı Ermənistanın yalanlarını ifşa edə bilirdik.
Bu məqamda qeyd etmək istəyirəm ki, hələ 2000-ci illərin əvvəlində bu istiqamətdə aparılan işlər bizim Türk və Azərbaycan diasporlarının birgə fəaliyyəti nəticəsində daha effektiv şəkildə həyata keçirilirdi. Çünki biz bir millət, iki dövlətik və bizim bir ortaq düşmənimiz var, o da işğalçı Ermənistan dövləti və onun dünyaya yayılmış terrorçu təfəkkürlü nümayəndələridir.
Bu gün də apardığımız haqq davamızda türk soydaşlarımızla birgə çıxış etməli, "Qarabağa Azadlıq" adlı Türk - Azərbaycan platforması yaratmalı və bu istiqamətdə çıxışlarımızı kütləviləşdirərək daha da səmərəli nəticələr əldə etməliyik. Hətta bizi sevən digər dostlarımızın da bu platformaya qoşulacağına inanıram.
Cənab Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, biz bu gün hücum siyasəti həyata keçirməli və hamımız bu istiqamətdə fəal iştirak etməliyik".
NATO, Avropa İttifaqı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq qurumların mərkəzi qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir.
Deputat bu amilə diqqət çəkərək deyib ki, Brüsseldə diaspor təşkilatlarımızın tədbirlər üçün seçəcəyi doğru məkanlar da çox vacibdir və effektivlik baxımından xüsusi önəm daşıyır.
"Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yürüş üçün düzgün müəyyən edilmiş küçə və meydanlarda təşkil olunacaq genişmiqyaslı aksiyalar inanın ki, qısa bir müddətdə bütün dünyada əks-səda doğuracaq. Beləlikdə də, biz müdafiə yox, hücum siyasəti həyata keçirdəcək və terrorist təfəkkürlü düşmənlərimizə təxribatlar üçün fürsət verməmiş olacağıq. Güc birlikdədir və tək əldən səs çıxmaz. Bunu diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlarımız bir an belə unutmamalıdır", - deyə Fatma Yıldırım vurğulayıb.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 28 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb. xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzaye

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. KONKRET.azxəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərini

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb. xəbər verir ki, görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydal


son xeberler azerbaycan xeberleri yeni xeberler dunya xeberleri maliyye xeberler bugun son xabarlar cəbhədən son dəqiqə