Deputatdan BNA-ya sərt sözlər: Vətəndaşa bu qədər zülm etmək olar?

Deputatdan BNA-ya sərt sözlər: Vətəndaşa bu qədər zülm etmək olar?"Bunlar vətəndaşı soymaq hesabına zənginləşiblər və fikirləşirlər ki, istənilən şəxslə bu tonla danışmaq olar. Təsəvvür edin, millət vəkilinə bu sözləri deyən bu cür bir qurum vətəndaşla necə danışır". 
Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa BNA rəsmisi Mais Ağayevin onun haqqında dediyi fikirlərə münasibət bildirərkən deyib.
O, bildirib ki, aptekdən dərman almaq üçün maşını saxlayanda da cərimə yazılır:
"Bir sıravi jurnalistlə, sıravi məmurla bunlar necə danışar? Bunlar həmin şəxslərin cızığı nə qədər keçdiyinin görüntüsüdür. Bunlar hər yanı avtomatlaşdırmalı idilər, harada park ediləcəksə, ora pul ödəməli idin, bu da dövlətə getməli idi. O boyda avtomatlara da büdcədən pul xərclənib. Bu gün yenə sarı biletlərlə adamlar qanunsuz pul yığırlar. Bəs bunu niyə tənzimləyə bilmədilər? 
Biri aptekdən dərman almaq istəyir, maşını saxlayır ki, bir dənə baş ağrısı, qarın ağrısı dərmanı alsın. Gəlib maşına oturanda görür ki, cərimə yazılıb. Vətəndaşa bu qədər zülm etmək olar?
Fazil Mustafa onu da qeyd edib ki, bu mövzunun qaldırılmasında vətəndaşlar da passivlik göstərir:
"Bundan başqa dar yollarda avtobuslara zolaqlar ayırmaqla on minlərlər maşının sürücüsünü zəlil günə qoydular. Onlar tıxaclarda boğulurlar. Bəs bunu niyə tənzimləyə bilmirlər? Şənbə, bazar günləri də oradan pul yığırlar. Onlar vətəndaşı dolayırlar. Vətəndaş da passivlik göstərir. Bunları məhkəməyə verməlidirlər, hər bir vətəndaşın boynunda cərimə var. Onsuz da vətəndaşın çoxu iş yerini itirib. Bu cür ağır durumdan sonra vətəndaşın hesabına cib doldurmaq olar? Ona görə də, biz bu məsələnin üzərinə gedəcəyik. Millət vəkillərinin sözlərinə izahat vermək əvəzinə piyada gəzməyə tövsiyyə edirlər. Piyada gəzməyə səki qoymusunuz? Piyada keçidləri vaxtlı-vaxtında ağardılmır. Çünki o məhsulların da pullarını yeyirlər". 
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev deputat Fazil Mustafanın müsahibəsinə cavab olaraq bunları bildirmişdi:
"Milli Məclisin üzvü, millət vəkili Fazil Mustafanın informasiya saytlarından birinə verdiyi müsahibə zamanı Bakı Nəqliyyat Agentliyi barədə səsləndirdiyi qərəzli və subyektiv fikirlər təəssüf doğurur. Bu cür əsassız fikirlər Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır, ictimaiyyədə çaşqınlıq yaradaraq şübhə altına alır.
Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir.
Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə ümumiyyətlə heç bir məntiqə sığmır. Bu zolaqların təşkilində məqsəd gündəlik ictimai nəqliyyat istifadəçisi olan və sayı iki milyondan artıq olan insanların hərəkət imkanlarını asanlaşdırmaqdır. Onların rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Bu səbəbdən də bir millət vəkilinin ona mandat verən vətəndaşların rahatlığı üçün yaradılan şəraitə qarşı çıxması, məqsədli şəkildə tənqid etməsi təəccüb doğurur.
Avtomobil sürücüləri ilə müqayisədə hərəkət iştirakçıları arasında ictimai nəqliyyat istifadəçiləri əsas üstünlüyə malikdilər. Onların rahatlığını təmin etmək də daim dövlətin diqqət mərkəzindədir. Dövlət Başçısının tapşırığı ilə son beş ildə Bakı şəhərinin avtobus parkının həmçinin ictimai nəqliyyat infrastrukturunun müasirləşməsinə sərmayə qoyulması da bu diqqətin bariz nümunəsidir.
Millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik. Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər.
Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığı üçün həyata keçirilən layihələr, onların müsbət təsirləri ilə bağlı davamlı maarifləndirmə və məlumatlandırma işləri aparır. Bunu nəzərə alaraq icra olunan layihələr, beynəlxalq təcrübədə bu işlərin hansı formada əksini tapması, ən əsası vətəndaşlarımızın bu işlərdən hansı formada bəhrələnəcəyi barədə millət vəkili eləcə də digər maraqlı şəxslərə təqdimatlar etməyə və onlarla açıq müzakirlərə də hazır olduğumuzu da qeyd edirik".
 
Aydın Nuri

Sosial       Tarix: 10 avqust 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun hava proqnozu cəbhədən yeni xəbərlər xeberler