Deputatlar nə qədər pensiya alır? - AÇIQLAMA
"Deputatların maaşları artanda sabiq deputatların da pensiyasında artım olur, çünki bu, faizə bağlıdır. Deputat pensiyası əməkhaqqının 80%-i qədərdir. Maaş artıqca, pensiya da artır. Son dövrlər aparılan islahatlara görə, vahid pensiya siyasəti yeridilir. Əvvəllər bu, indeksasiya ilə bağlı idi. İndi ümumi pensiya artımı hamıya eyni dərəcədə şamil olunur, hansısa kateqoriya kənarda qalmır".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Mən özüm artıq hakimlik pensiyası alıram. Bu, hakim maaşının 50%-ə qədəridir. Çünki mən hazırda deputat maaşı alıram. Bildiyim qədəri ilə, işləyən deputatlar deputat pensiyası almırlar. Heç kimdən soruşmamışam ki, pensiyası nə qədərdir, ona görə də konkret rəqəm deyə bilməyəcəm", – T.Kərimli bildirib.
Qeyd: Tahir Kərimli 1992–1993-cü illərdə Ali Məhkəmənin sədri vəzifəsində çalışıb. Hazırda Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə, aylıq 7 100 manat ödəniş verilir. Bu barədə Prezident İlham Əliyevin 2022-ci ildə təsdiqlədiyi "Məhkəmələr və hakimlər haqqında" qanuna edilən dəyişiklikdə qeyd olunub.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi