Deputatlar niyə üzündən oxuya bilmir? – Partiya sədrindən SƏRT REAKSİYA 

Deputatlar niyə üzündən oxuya bilmir? – Partiya sədrindən SƏRT REAKSİYA </p> 
 <p>Milli Məclisin iclaslarında bəzi deputatların öz çıxışlarını üzündən oxuya bilmədiklərini görürük və buna da təəccüblənməyə bilmirik. Axı necə ola bilər ki, bir millət vəkili əvvəldən hazırladığı və beyninin məhsulu olan çıxışını loru desək, dili topuq vura-vura oxusun? Kənardan istər-istəməz elə təəssürat yaranır ki, həmin deputatların bu çıxışlardan xəbəri yoxdur və yaxud haqqında bəhs etdikləri məsələdən, ümumiyyətlə, agah deyil…
Deputatlar niyə üzündən oxuya bilmir? – Partiya sədrindən SƏRT REAKSİYA </p> 
 <p>KONKRET.az-a mövcud mənzərəylə bağlı fikirlərini bölüşən AĞ Partiya sədri Tural Abbaslı hesab edir ki, MM-də oturan hər kəsə eyni sözləri şamil etmək olmaz: "Parlamentdə kifayət qədər savadlı və müxtəlif sahələr üzrə tanınmış, elmi nailiyyətlər əldə etmiş insanlar da var. Amma təəssüf ki, deputatların böyük əksəriyyəti cəmiyyətdən, siyasətdən, belə demək mümkünsə, Azərbaycandakı proseslərdən xəbəri olmayan insanlardır. Çünki onların böyük biznes şəbəkələri var. Yəni kiçik çaplı oliqarxlardır.
Bu mənada onların, əsasən, işi-gücü öz biznes şəbəkələrini idarə etmək, onu böyütmək olub. İndi də birdən-birə gəlib düşüblər parlamentə və onlara tanış olmayan terminlər, çıxışlar, mövzularla qarşılaşıblar. Ona görə də mətnləri heç üzündən də oxuya bilmirlər. Həm də müzakirədə olan problemlər, danışılan məsələlər onlara o qədər yaddır ki, ona görə də həmin həqiqətləri qabraya bilmirlər.
Məsələn, eləsi var ki, mətni üzündən yaxşı oxuyur, yaxşı yazdırıb, amma üz ifadələri – mimikaları o problemi yaşayan insanın və yaxud da o problemi həll etmək istəyən insanın üz mimikaları deyil. Bu da o şəxslərin böyük əksəriyyətinin xalqdan qopuq olmasını, xalqın problemlərindən uzaq olmasının göstəricisidir.
Təəssüflə qeyd etməliyəm ki, bizim deputatların çıxışları xalqa çox süni təsir bağışlayır. Çünki onlar sadaladıqları problemləri yaşamadan danışırlar.
Bəziləri də ya rus, ya da ingilis dilində təhsil alıb deyə, o duyğuları da Azərbaycan dilində ifadə etməkdə çətinlik çəkir".
Maraqlıdır ki, bəzən deputatlar bu durumlara görə tənqid ediləndə, nəticə çıxarmaq əvəzinə, əksinə, aqressiv reaksiya verirlər.
T.Abbaslı hesab edir ki, bu da  onların apolitik və siyasi sferadan uzaq olmalarından irəli gəlir: "Onlar tənqidlə təhqiri ayıra bilmirlər. Bu, çox ciddi məsələdir və biz ümumiyyətlə düşünməliyik ki, necə parlament istəyirik? Yəni Qarabağ müharibəsində qalib olmuş və bütün Avropa, Amerikanın üzərinə gəldiyi bir ölkənin parlamenti necə olmalıdır? Erməni lobbisinin bu qədər güclü fəaliyyət göstərdiyi bir zamanda bu parlamentin nümayəndələri necə olmalıdır, beynəlxalq təşkilatlarda necə çıxış etməlidirlər, hansı tip siyasətçilər olmalıdır ki, parlament təmsilçiliyində bu gün Azərbaycan maraqlarını qoruya bilsinlər? Ümid edirik ki, 2024-cu ildə parlament seçkiləri keçiriləcək və bu zaman həm iqtidar, həm müxalifət, həm də xalq bu məsələləri diqqətdə saxlayaraq, güclü bir orqan formalaşdıracaq".
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 18 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri valyuta mezenesi xeberler azerbaycan valyuta mezennesi banklar