Deputatların maaşlarının məbləği açıqlandı - RƏSMİ
Deputatların maaşlarının məbləği açıqlandı - RƏSMİ
Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, parlamentin komitə sədrləri və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, parlament sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis sədrinin müavini - 85 faizi (2103,75 manat) məbləğində maaş alır.
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi (1980 manat), komissiya sədrinin müavini - 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5 manat) aylıq vəzifə maaşı alır.
"Bundan əlavə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar", - deyə məlumatda bildirilib.
Aqşin Kərimov

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb