"Deyirlər ki, Rusiyanın müdafiə naziri harasa yoxa çıxıb" - Zelenski Şoyqudan danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müdafiə naziri Sergey Şoyqunun son zamanlar informasiya məkanında az görünməsinə münasibət bildirib.
KONKRET.az "Ukrainskaya pravda" nəşrinə istinadən xəbər verir ki, Zelenski bu barədə növbəti videomüraciətində danışıb.
O çıxışında Şoyqunun ukraynalı hərbçilərin hər gün rusiyalı hərbçiləri və Rusiyaya məxsus texnikanı zərərsizləşdirdiyi Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsinə yollandığını güman etdiyini bildirib:
"Deyirlər ki, Rusiyanın müdafiə naziri harasa yoxa çıxıb. Maraqlıdır, bəlkə, o da şəxsən Çernobayevkaya səfər etmək istəyib?"
Onun sözlərinə görə, son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna güclü zərbələr endirib.
Xatırladaq ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib. Bildirilib ki, nazir, 11 gündür ictimaiyyət qarşısına çıxmayıb.
Həmçinin Şoyquda ürək xəstəliyi olduğu da iddia edilib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Şoyqunun yoxa çıxmasını maraqlı adlandırıb, Rusiyanın daha bir neçə əsas siyasi xadiminin informasiya məkanından yoxa çıxdığını qeyd edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti