Diaspor Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib

Diaspor Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət edibDiasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.
Azxeber.com müraciəti təqdim edir:
"Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti sentyabrın 30-dək uzadılıb. Bununla əlaqədar olaraq, həmvətənlərimizə hüquqi vəziyyətlərini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməyi, miqrasiya qeydiyyatından keçməyi və ya müvafiq iş patentini əldə etməyi, müddəti keçmiş sənədlərinin vaxtını uzatmağı tövsiyə edirik.
Bunun üçün Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyəti təsdiq edən sənəd, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartı (olduğu təqdirdə) təqdim etməlidir.
Miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, həmvətənlərmiz miqrasiya kartının dublikatını almaq üçün faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya Federasiyası ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı yaşayır. Yuxarıda qeyd edilənləri diqqətə alaraq, bir daha hüquqi statusu tənzimlənməmiş həmvətənlərimizi bu məlumatı nəzərə almağı və ən qısa müddət ərzində qəbul olunmuş qərarın tələblərinə riayət edərək lazımi tədbirlər görməyi xahiş edirik".

Sosial       Tarix: 06 avqust 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Süni intellekti bilən müəllimlər yetişdirilməlidir

"Məktəblərdə şagirdlərə süni intellekti öyrətmək çətindir". xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycand

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Bunlar saç tökülməsini artırır - Həkim səbəbləri açıqladı

Son illərdə saç tökülməsi ilə bağlı şikayətlərin artması təsadüfi deyil. Mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasının əsas səbəbi bir neçə mənfi amilin eyni vaxtda orqanizmə təsir göstərməsidir. Dermatoloq-trixoloq

Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, "KIA"


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda en son xəbərlər bugün cəbhədən video ən son xəbərlər bugün