Diaspor təmsilçilərimizdən Polşada erməni təxribatına cavab
7 oktyabr 2024-cü il tarixində Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT "İnsan Ölçüsü" Konfransı çərçivəsində Azərbaycana qarşı informasiya təxribatı göstərilməsinə cəhd edilib. Oktyabrın 7-də "erməni şəbəkəsi" tərəfindən "Dağlıq Qarabağda niyə ermənilər yoxdur?" adlı yan tədbir keçirilib. Tədbirə Demokratiyanın İnkişafı Fondu (Democracy Development Foundation), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlığı (International Partnership for Human Rights) təşkilatları dəstək veriblər.
Bu barədə Yenicag.az-a Polşa Azərbaycanlıları Şurasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan tərəfinin mövqeyi nəzərə alınmadan birtərəfli ittihamlar irəli sürülüb. Demokratiyanın İnkişafı Fondundunun "İnsan haqları" bölməsinin meneceri Arpi Harutyunyan, "Tədqiqat və müdafiə məsələləri" üzrə əməkdaşı Alen Şadunts, həmçinin, "Freedom House" təşkilatının Ermənistan üzrə təmsilçisi Andranik Şirinyan çıxış edərək Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun guya müharibə cinayətləri törətməsi barədə qondarma fikirlər səsləndiriblər.
Polşadakı Azərbaycan diasporunun nümayəndələri "erməni şəbəkəsinin" təxribatçı əməllərini cavabsız buraxmayıblar. Polşa Azərbaycanlıları Şurasının (PAŞ) üzvləri Ləman Ələkbərova, Şamo Qubadov öz çıxışları ilə tədbirin qeyri-obyektiv keçirildiyini isbatlayıblar.
Şamo Qubadov erməni spiker Arpi Harutyunyan və Andranik Şirinyanın çıxışında yanlış arqumentlərə istinad edildiyini, onların müharibə cinayətləri barədə heç bir fakt və dəlilə malik olmadıqlarını qeyd edib. Vurğulayıb ki, əksinə, Azərbaycan dövləti adından Qarabağda yaşayan etnik ermənilərə Azərbaycan Konstitusiyasını qəbul etmək şərtilə qalıb yaşamaları təklif edilib.
Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, Qarabağı könüllü şəkildə tərk edən erməni əsilli şəxslərin hərəkətinə sivil, humanitar prinsiplər çərçivəsində bütün şərait yaradılıb, onların təhlükəsizliyi təmin edilib.
PAŞ üzvü Laman Ələkbərova isə nitqində onu qeyd edib ki, beynəlxalq konfranslarda Qarabağ mövzusunda danışanda yalnız erməni əsilli şəxslərin məsələsinin gündəmə gətirilməsi yanlışlıqdır. O qeyd edib ki, Qarabağda tarixi Azərbaycandır, tarix boyu ərazidə azərbaycanlılar yaşayıblar. Birinci Qarabağ savaşı dövründə onlar Ermənistanın işğalı nəticəsində öz yurdlarını məcburən tərk ediblər, qaçqın və didərginə çevriliblər.
Azərbaycan diasporunun təmsilçiləri konfrans iştirakçılarını obyektiv, qərəzsiz olmağa dəvət ediblər. / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb