Diasporla iş – millətə xidmətdir

Diasporla iş – millətə xidmətdirAlmaniyada yaşayan azərbaycanlı alim Nuran Abdullayevin Köln şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla 3 saatlıq görüşdən aldığı təəssüratını oxuyanda istər-istəməz "Dağ Məhəmmədə tərəf getmirsə, Məhəmməd dağın yanına gedər" məşhur atalar məsəli yada düşür.
Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, Köln Universiteti Klinikasının Radioloji İnstitutunun şöbə müdiri Nuran Abdullayev "6 böyük əməliyyat, son 36 saat ərzində cəmi 4 saatlıq yuxu və çoxdan gözlədiyim o görüş…" sərlövhəli məqaləsində dövlət məmurunun onu yaxşı mənada təəccübləndirdiyini etiraf edib: "...İşlərim, eləcə də iş saatım bitən kimi Fuad müəllimlə əlaqə saxlayıb görüşmək imkanının olub-olmadığını soruşanda o, özünəməxsus böyüklüyünü etdi – məni 1 saat sonra klinikada ziyarət edəcəyini bildirdi və çoxdan gözlədiyim o böyük görüş baş tutdu…" (moderator.az).
Avropanın ən böyük dövlətlərindən biri olan Almaniyada, özü də səhiyyə sahəsində  müəyyən uğurlara nail olmuş azərbaycanlı alimin dövlət məmuru haqqında "böyüklük edib" kəlməsinə indi ictimaiyyətin bütün təbəqələrinin və  diasporumuzun çox böyük ehtiyacı var. Çünki 30 il ərzində böyük fəlakətlər yaşayan, Vətən müharibəsində qəhrəmanlıqla mücadilə edən xalqa ürəkdən və doğmalıqla xidmət etmək həm də dövlətimizin maraqlarına əsl töhfə verməkdir. Elə azərbaycanlı alim də diqqəti buna cəlb edib: "Fuad müəllimlə söhbətdə Azərbaycana sevginin bütün mövzularda ana xətt olması bizi hədsiz sevindirdi".
Son illər ictimaiyyətin bütün təbəqələri, o cümlədən tanınmış simaları ilə sıx əməkdaşlıq əlaqələri quran, ictimai rəyə həssaslıqla yanaşan, ziyalıların sözünü dinləyən, siyasi baxışlarından asılı olmayaraq bütün sağlam iradlara və tənqidlərə açıq qalan, doğru iradlardan nəticə çıxaran, nəzakətli davranış sərgiləyən dövlət orqanlarının arasında Diasporla İş üzrə Dövlət Komitəsi çox fərqlənir. Bu qurumun multimedia texnologiyalarından və sosial media şəbəkələrindən səmərəli şəkildə istifadəsi sayəsində 24/7 rejimində fəaliyyət göstərməsinin müsbət nəticələri ortadadır. Pandemiya təhlükəsinə, erməni lobbisinin ABŞ, Fransa, Belçika, Niderland, Kanada və Rusiyada yaratdığı bütün maneələrə, vandalizm hərəkətlərinə və təhdidlərinə baxmayaraq, diasporumuz artır Vətənimizin haqq səsini dünya ictimaiyyətinə çatdırmağı bacarır. Odur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun qəhrəmanlığı ilə əldə edilmiş böyük zəfərdə xüsusi payı var. Bu, təsadüfi deyil. Komitənin çox da böyük olmayan kollektivi dövlətimizin diaspor siyasətinin dəqiq icrası üçün bütün gücü ilə çalışır. Bəzən sanki mümkün olmayanı da yerinə yetirməyə cəhdlər göstərir. Komitənin sədrindən tutmuş bütün əməkdaşlarınadək hər kəs istər xaricdə yaşayan soydaşlarımıza, sözün əsl mənasında, canla-başla xidmət edir. Ölkə başçısının bütün diqqətinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işlərinə və erməni havadarlarının bütün təzyiqlərini neytrallaşdırmağa yönəldiyi bir zamanda bu, olduqca vacib məqamdır. Prezidentin və Birinci vitse-prezidentin heç olmasa diaspor sahəsində yükünü xəfiflətməyə çalışan dövlət qulluqçuları var.
Məhz bu yorulmaz fəaliyyətin nəticəsidir ki, dünyanı bürümüş təhlükəli koronavirus pandemiyası sınağından  informasiya texnologiyalarının gücü, əməkdaşlarının və diaspor fəallarının (çox təəssüf ki, diaspor qüvvələri arasında da bu ölümcül xəstəlikdən dünyasını dəyişənlər oldu) fədakarlığı sayəsində alnı açıq, üzü ağ çıxan Diasporla İş üzrə Dövlət Komitəsi məhdudiyyətlər yümşalan kimi ənənəvi, canlı üslubda hərəkətə keçib.
Komitənin müharibə sonrası fəaliyyətinin bəzi nəticələrinə baxaq:
Diasporla İş üzrə Dövlət Komitəsinin, "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə qazilərə və şəhid ailələrinə dəstək məqsədilə "Birlikdə Yaşadaq" şüarı altında marafon keçirilib. Xaricdəki soydaşlarımızın vasitəsilə Fondün hesabına 1 milyon manatdan çox vəsait köçürülüb.
İstanbul şəhərində xaricdəki Azərbaycan Evlərinin birinci və azərbaycanlıların Koordinasiya Şuralarının ikinci toplantısı təşkil edilib və diasporun yeni mərhələsinin istiqamətləri müəyyənləşdirilib.
İstanbulda müalicə alan qəhrəman qazilərimiz xəstəxanalarda ziyarət edilib, 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir qəhrəman qazilərimizin iştirakı ilə keçirilib.
Ankarada Azərbaycan Evinin rəsmi şəkildə açılış mərasimi baş tutub və bu, Azərbaycan–Türkiyə qardaşlıq əlaqələrinin tarixinə mühüm hadisə kimi yazılıb.
Komitənin dəstəyi ilə Avropa İttifaqı–Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri, britaniyalı siyasətçi Səccad Kərimin, Knessetin keçmiş üzvü, israilli iş adamı Helik Barın və başqa təcrübəli şəxslərin Azərbaycana səfərləri təşkil edilib. Bu addım müxtəlif ölkələrdə ictimai rəyə təsir etmək gücünə malik olan siyasətçilərin Azərbaycanın maraqlarının qorunması prosesinə cəlb edilməsi istiqamətində işin gücləndirilməsi məqsədilə atılıb.
Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın, "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə fransız və israilli jurnalistlərin Qarabağa səfərləri təşkil olunub. Yəhudi və fransız jurnalistlərinin öz ölkələrinin mediasında Azərbaycan həqiqətlərini, erməni vəhşiliyini işıqlandırmaları, erməni faşistlərinin əzəli torpaqlarımızda törətdikləri dəhşətli vandalizm aktları barədə məlumatları dünya ictimaiyyətinin nəzərinə çatdırmaları, Xocalı soyqırımının tanınması ilə bağlı İsrailə çağırışlar edilməsi erməni lobbisini ən çox hiddətləndirən məqamlardandır.
"Biz Dəmir Yumruğun gücü ilə Şuşadayıq" şüarı altında mədəniyyət paytaxtımıza diaspor fəallarının səfərlərinin təşkil edilməsi Komitənin indiyədək keçirdiyi maraqlı layihələrdən biridir. Tətillərini tarixi vətənlərində keçirməyə gələn soydaşlarımızın müraciəti əsasında çevik şəkildə bu layihənin həyata keçirilməsi misilsiz addımdır. 30 ilə yaxın müddətdən sonra Şuşanı gözləri ilə görən həmvətənlərimizin duyğularını ən gözəl şəkildə Şimali Kipr Türkiyə Cümhuriyyətində yaşayan görkəmli bəstəkarımız Cavanşir Quliyev təsvir edib. Bəstəkar "Turan"nın yayımladığı proqramlardan birinə verdiyi müsahibə zamanı bildirdi ki, Zəfər yolu ilə Şuşaya yaxınlaşanda içində həyəcandan sanki vulkan püskürüb.
Şuşa indiyədək bu qədər xarici dövlətin bayrağına şahidlik etməmişdi. Sevincdən bir gözü ağlayan, bir gözü gülən diaspor üzvlərinin Şuşanın küçələrində və meydanlarında hazırda yaşadıqları Avropa ölkələrinin bayraqları ilə dolaşması, əsrarəngiz Cıdır düzündə Azərbaycanın iri ölçülü bayrağını dalğalandırması qəlbi Vətən sevgisi ilə aşıb-daşan istənilən azərbaycanlını riqqətə gətirirdi. Almaniyada yaşayan azərbaycanlı sənətçi Zahid Quliyevin Qarabağı vəsf edən mahnılar ifa etməsi, Şuşa istiqamətində canından keçmiş Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Ramiz Cəfərovun Polşada təhsil alan övladı Nigar Cəfərovanın əlində atasının portreti ilə Cıdır düzündə bütün şəhidlərimizin xatirəsini yad etməsi, Çexiyanın Plzen Konservatoriyasında təhsilə yiyələnən gənc azərbaycanlı skripkaçı Canel Nəcəflinin həmin alətdə "Laçın" xalq mahnısını səsləndirməsi bu səfərin təsirli anlarından olmaqla yanaşı, Vətənimizə bəslənən sonsuz sevginin bariz nümunəsi idi...
Bu layihənin ardınca ötən həftə Komitə rəhbərliyinin və əməkdaşlarının Avropanın 3 dövlətinə – Belçika, Niderland və Almaniyaya səfər etməsi isə artıq qalib xalqımızın diasporunun həyatında yeni mərhələyə start verilməsinin nişanəsidir. Bu mərhələdə səfərin erməni lobbisinin güclü olduğu Belçikadan və Niderlanddan başlanması xüsusi əhəmiyyət kəsb edir.
Bir neçə gün ərzində Brüssel, Rotterdam, Haaqa və Köln şəhərlərində azərbaycanlı icmaları ilə silsilə görüşlər keçirilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması naminə fədakar fəaliyyətə görə diaspor təşkilatlarına və xaricdə yaşayan soydaşlarımıza şəxsən minnətdarlığını bildirməsi təqdirəlayiq haldır.  Bu görüşlərin əhəmiyyəti ondadır ki, diaspor təşkilatları və Komitə görülən işlər barədə qarşılıqlı hesabatlarını təqdim edir, görülən işlər və nəzərdə tutulan layihələr haqqında soydaşlarımızın fikri, mövcud problemlər öyrənilir, bütün məsələlərə aydınlıq gətirilir.
Ən əsası, Azərbaycan dövlətinin hər zaman diasporumuzun yanında olduğu, soydaşlarımızı dəstəklədiyi əyani şəkildə bir daha nümayiş etdirilir. Əgər dövlətimizin soydaşlarımıza ictimai-siyasi və humanitar sahələrə sıx inteqrasiya olunmaq, güclü iqtisadi, siyasi və media qüvvəsinə çevrilmək, ictimai rəyə təsir etmək gücünə malik dairələrlə və KİV-lərlə əlaqələr qurmaq, antiazərbaycan qüvvələrinin ölkəmizə qarşı həyata keçirmək istədikləri təxribatlara çevik reaksiya göstərmək, türk və digər dost diasporlarla birgə əməkdaşlıq etmək, xaricdə yaşayan gənclərimizi yüksək vətənpərvərlik ruhunda tərbiyələndirmək, bizi birləşdirən dəyərlərimizi qoruyub saxlamaq kimi tövsiyələri Avropa və Amerika ölkələrində reallaşarsa, bizim qarşımızda erməni lobbisi və havadarları dayana bilərmi? Əlbəttə ki, yox.
Bəzən Komitənin həyata keçirdiyi layihələrlə bağlı əsassız iradlar irəli sürən, hətta Şuşaya səfərlərin təşkil olunmasında nöqsanlar axtarmağa çalışan, bunu "ayrı-seçkilik" kimi qələmə vermək istəyən, hər bir işə "mız" qoymağa çalışan bəzi "ziyalı"lar və qərəzli qüvvələr hələ də anlaya bilmirlər ki, xaricdəki soydaşlarımız hansısa mikrorayonda deyil, iri dövlətlərdə yaşayırlar. Azərbaycanlıların xaricdə kütləvi yaşamasının tarixi hələ heç yarım əsrə çatmır. Odur ki, diaspor sahəsində işlərin köklü dəyişikliklərə səbəb olması zaman tələb edir. Hərçənd, bütün çətinliklərə baxmayaraq, cəmi 3 il ərzində diasporun keyfiyyət baxımından irəliləməsi hiss olunmaqdadır. Azərbaycan diasporunun arasında dövlət məmurlarının, ictimai-siyasi, elm, mədəniyyət, incəsənət, idman xadimlərinin və iş adamlarının sayı artmaqdadır.
Qərəzli qüvvələrə Almaniya səhiyyəsinə böyük töhfələr verən Nuran Abdullayevin Komitə sədri barədə gəldiyi qənaət əsl cavabdır: "Fuad müəllim iş fəaliyyətimdəki bütün incəliklərlə yaxından tanış olmaqla, eləcə də bütün oradakı yoldaşların peşəsinə xüsusi diqqət ayırmaqla görüşdə fərqli doğmalıq yaratmışdı. Görüş boyu Fuad müəllimin dürüstlüyü və düzgünlüyü sevməsi diqqətimi çox çəkdi, bu isə ona sadəcə böyüklük gətirir, Azərbaycanı sevənlər arasında onu böyüdürdü".
Hər kəsə böyümək arzusu ilə, Gündüz İmanlı

Sosial     Baxılıb: 634   Tarix: 09 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI

İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, 5-6 iyu

Neft ucuzlaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,29% azalaraq 1 barelə görə 65,15 ABŞ dolları təşkil edib

Bakıda dəhşət: 28 yaşlı qadın 61 yaşlı sevgilisini öldürdü

İyunun 8-də saat 1 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. . 28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib. . Xəstəxanay

Azərbaycan XİN İsveçi Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçi Milli Günü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, XİN bununla bağlı "X" sosial media hesabında paylaşım edib:

"Neft Daşları"ndan indiyədək 180 mln. tondan artıq neft hasil edildi

Xəzərin Azərbaycan sektorunda yerləşən "Neft Daşları" yatağından işlənmənin əvvəlindən burada 181,2 mln. ton neft neft hasil edilib (01 aprel 2025-cü il tarixinə olan məlumata görə – red. xəbər verir ki, hesaba

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirili

TƏCİLİ: Bu valyutalar ucuzlaşdı - Mərkəzi Bank manatla bağlı məlumat yaydı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, 2025-ci il iyun ayının 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0434 manat təşkil edib. Avro 1,9324 manatadək

"İZ Community" tərəfindən yubiley yarmarka-vorkşopu təşkil olunacaq

Rəna Nəcəfzadə-Səadəddinovanın rəhbərlik etdiyi qadınlar cəmiyyəti "İZ Community" tərəfindən 10-cu yubiley yarmarka-vorkşopu – "Squeeze the Moment" təşkil olunacaq. xəbər verir ki, 5 və 6 iyun tarixlərində

İnşaat sektorunda vəziyyət dəyişir: Evlərin qiyməti bahalaşacaq? - VACİB AÇIQLAMA

"Azərbaycanda inşaat bazarındakı dəyişikliklər daşınmaz əmlak sektoruna birbaşa təsir göstərməkdə davam edir. Son illər ərzində armatur və digər tikinti materiallarının bahalaşması ilkin bazarda mənzil qiymətlərini


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne en sonxeber cebheden xeberler maliyye xeberler bugun