Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çox müsbətdir' - Deputat
Bu gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 19-cu ildönümüdür.
2002-ci ilin 5 iyul tarixində "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalanıb.
Milli Məclisin deputatı Azər Badamov Azxeber.com-a açıqlamasında qurumun fəaliyyəti haqqında danışıb.
O, bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çox müsbətdir:
"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi özünün inkişaf dövrünü yaşayır. Bu Komitəyə yeni sədr təyin olunandan sonra onun fəaliyyəti daha da genişlənmişdir. Dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılarla əlaqələr yaradılmış, onlar koordinasiya olunmuşdur və bu gün Azərbaycanın səsinin dünya arenalarına çatdırılmasında Diasporumuzun xüsusi əməyi vardır.
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çox müsbətdir. Artıq bütün dünyada gənc azərbaycanlılar vətənin səsi ilə, onun əldə etdiyi qələbə ilə yaşayırlar. Bundan sonra da bütün məsələlərin beynəlxalq arenalarda canlandırılması, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında daha geniş fəaliyyət göstərəcək.
Deputat bildirib ki, komitənin iş prinsipləri peşəkar şəkildə qurulub və sistematikdir:
"Onu demək istəyirəm ki, dəst-xətt düzgündür, fəaliyyətin strategiyası düzgün qurulub və mən düşünürəm ki, bu fəaliyyət daha yaxşı sistemlə davam edəcək. Fürsətdən istifadə edərək ki, bütün diaspora fəallarını təbrik edirəm".
Aydın Nuri
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR