Dilarə Əliyeva əri ilə tanışlığından danışdı: 'Yuxuda görmüşdüm
Tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevlə tanışlığı barədə maraqlı məlumat paylaşıb.
azxeber.com Lent.az-a istinadən bildirir ki, onun sözlərinə görə, Oqtayı ilk dəfə yuxuda görüb:
"Ali məktəbin I kursunda oxuyurduq. 18 yaşım vardı. Qrupumuzdan bir qız nişanlanmışdı, hamımıza nişan konfetləri payladı. Mən də, bacım da gecə yatanda nişan konfetini dişləyib, başımızın altına qoyduq. Qismətimizi görək deyə.
Gecə yuxuda Oqtayı gördüm. Elə indiki halında, kök, saqqallı. Durub bacıma dedim ki, mən bir kök kişi gördüm yuxumda. Onlar da güldülər.
Bir neçə gün sonra dərsə gedirdim. Baxdım ki, yuxumda gördüyüm kök, saqqallı oğlan mənim qrup yoldaşlarımla universitetin həyətində söhbət edir. Keçdim getdim, amma sonra xəlvətcə diqqətlə baxdım. Oqtay son kursda oxuyurdu və diplom işi üçün tamaşa hazırlayırdı. Həmin tamaşada oynamağa məni də dəvət etdi. Tamaşanın adı bilirsiniz nə idi? "Ər və arvad" ", - aktrisa bildirib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA