Dilarə Kazımova xalçaya büründü
Müğənni Dilarə Kazımova yay mövsümünə çoxdan gözlənilən səs-küylü işi ilə açılış edib.
azxeber.com xəbər verir ki, hər layihəsi ilə şou gündəmini silkələməyi bacaran sənətçi "Back to the Roots" ("Köklərə Qayıdış") adlı yeni fotolayihəsini sevənlərinin ixtiyarına verib.
Beləki Kazımova kamera önünə keçərək Qarabağ naxışları ilə işlənmiş zərif yaylıqlarımız, qədim Azərbaycan xalçasına bürünüb.
D. Kazımova mətbuata yaydığı açıqlamada layihəsindən də danışıb:
"Milli xalçalara olan sevgimiz qanımızdan keçir. Bu təkcə daxili əşya deyil, bu tarixdir, ənənələrdir və hər evdə istilikdir.Təsəvvür edin ki, ustalar nəsillərə toxuculuq sirlərini necə ötürür, evlərimizi bəzəyən şah əsərlər yaradırlar. Mən Məşədi Hilal Kazımovun nəticəsi və Bakıxanovların nəslindən bir nümayəndə olaraq öz köklərimə həmişə dəyər vermişəm. Əcdadlarımız bizə həm yaradıcılıqda, həm Vətən sevgisində, həm də milli kimliyində çox böyük irs qoyublar".
İdeyası Dilarənin özü və Jalə Bağırovaya məxsus ekran işinin fotoqraflığını Tamilla Raxmanina edib.
Qeyd edək ki, layihənin rəhbəri D.Kazımovanın özüdür. Estrada ulduzu yeni mahnı və klip üzərində çalışır. Yeni layihəsinin tezliklə təqdim olunacağını bildirib.




Kurslar.az kurslar [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür