DİM: II və III qruplar üzrə tarix fənnindən tapşırıqlar yenidən hazırlanacaq
Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.
Dövlət İmtahan Mərkəzindən Azxeber.com-a verilən məlumata görə, biologiya fənni üzrə işçi qrupun iclasında gündəlik məsələ bu il keçirilən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqların təhlili olub.
Tapşırıqların hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlil edilib. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Tarix fənni üzrə işçi qrupun iclasında isə gündəlik məsələ "Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)" adlı elmi-metodik məqalənin müzakirəsi olub. Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş mühüm məlumatlar yeni redaktədə nəzərə alınıb. İclasda iştirakçılar tərəfindən məqalə ilə bağlı bildirilən qeyd və təkliflər nəzərə alınıb.
Məqalə əvvəlcə DİM-in saytında yenilənəcək, daha sonra "Abituriyent" jurnalının 2-ci sayında yenidən dərc ediləcək. Məlumat üçün qeyd edilir ki, ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərdə İkinci Qarabağ müharibəsi ilə bağlı ətraflı məlumat yoxdur. Ona görə də 2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında tarix fənnindən tapşırıqlar bu məqalə əsasında tərtib ediləcək.
İşçi qruplarının növbəti iclası dekabrın 23-də olacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR