DİM tərəfindən növbəti imtahanlar keçirilir

DİM tərəfindən növbəti imtahanlar keçirilirDövlət İmtahan Mərkəzi (DİM) bu gün cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsini keçirir.
Bu barədə azxeber.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan dili imtahanı 21 şəhər və rayonda, 95 binada aparılır. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda 20 min 555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 193 buraxılış rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.
BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində keçirilir. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar isə DİM-in binasında kompüter vasitəsilə keçirilir.
İmtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan rəhbəri, 26 nəzarətçi müəllim ayrılıb.
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə (mühasibat uçotu üzrə) qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 420 (KOSS-114, MHBS-144, İSMHBS-162) nəfər müraciət edib. İmtahanın davametmə müddəti 3 saatdır. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 41 nəzarətçi müəllim, 4 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

Sosial       Tarix: 09 may 2022
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou cebheden xeberler novruz bayramı xeber