DİN Ağsu rayon sakininin polis əməkdaşları haqqında iddialarına münasibət bildirib

DİN Ağsu rayon sakininin polis əməkdaşları haqqında iddialarına münasibət bildiribDİN Ağsu rayon sakininin polis əməkdaşları haqqında iddialarına münasibət bildirib
"Sosial şəbəkələrdəki bəzi səhifələrdə paylaşılan videogörüntülərdə Ağsu rayonunun Cəlayır kənd sakini Muğbil Qənbərovun Rayon Polis Şöbəsinin əməkdaşları haqqında iddiaları uydurmadır və qərəzdən irəli gəlir. Onun atası Malik Qənbərov DİN-in "102" xidməti-zəng mərkəzinə və Ağsu Rayon Polis Şöbəsinənə ərizə ilə müraciət edərək həmkəndlisi Saləməddin Əhmədov tərəfindən döyülməsini bildirib".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə araşdırma zamanı hadisənin şahidləri izahat verərək Malik Qənbərovun Saləməddin Əhmədovla mübahisə etdiyini, lakin sonuncunun M.Qənbərova hər hansı xəsarət yetirmədiyini bildiriblər.
Toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə Ağsu RPŞ-nin baş təhqiqatçısı Vüsal Hüseynov tərəfindən qərar qəbul edilib. Daha sonra avqustun 6-da Muğbil Qənbərov qisas almaq üçün özünün yük avtomobili ilə Saləməddin Əhmədovun evinin darvazasına vurub. Bu iki şəxs arasında mübahisə olduğundan və həmin mübahisə davam etdiyindən onlar münaqişəli qonşular kimi profilaktiki qeydiyyata alınıblar.
Muğbil Qənbərov öz çıxışında Cəlayır kənd sakini Gözəl Əhmədovanın sahəsinin zəbt edilməsi və ona təzyiqlərin olmasını da bildirib. Müəyyən edilib ki, may ayında G.Əhmədova yaşadığı evin həyətindəki hasarı sökərək həyətyanı sahəsini qanunsuz olaraq genişləndirib və bələdiyyənin nəzarətində olan torpağı zəbt edib.
Avqust ayında həmin ərazinin bələdiyyəyə məxsus olması və onun bu torpağı zəbt etməsi barədə G.Əhmədovaya rəsmi bildiriş göndərilərək zəbt etdiyi torpaq sahəsini boşaltmayacağı təqdirdə barəsində qanunamüvafiq tədbir görüləcəyi bildirilib. Bundan sonra G.Əhmədova Daxili İşlər Nazirliyinə müraciət edərək kəndin Bələdiyyə sədri Ülvi Əhmədov barəsində şikayət və tələbinin olmadığını bildirib:
"Muğbil Qənbərovun çıxışında Ağsu RPŞ-in İstintaq Qrupunun müstəntiqi polis baş leytenantı Rəhim Əhmədovun Səbuhi Nəsirovu  döyərək xəsarət yetirdiyi barədə dedikləri də qərəzdən irəli gəlir. Səbuhi Nəsirov avqustun 9-da Ağsu rayon Polis Şöbəsinə dəvət olunmuş, lakin heç bir əsaslı səbəb olmadan ifadə verməkdən imtina etməklə, özünü pis hiss etdiyini deyərək  RPŞ-nin ərazisini tərk edib. 
S.Nəsirov barəsində məcburi gətirilmə qərarı qəbul olunmuş və icrası Ağsu RPŞ-nin İTB-yə həvalə olunub. Bundan başqa, həmin görüntülərdə adları çəkilən kənd sakinləri Mikayıl Zeynalov və Əjdər Abbasov xırda xuliqanlıq hərkətlətinə yol verdikləri üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə olunublar. Onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməyib". /oxu.az

Sosial       Tarix: 06 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az cəbhədən son xəbər metbuat xeberleri enson xeberler