DİN-dən polisi döyən deputatla bağlı - RƏSMİ AÇIQLAMA

DİN-dən polisi döyən deputatla bağlı - RƏSMİ AÇIQLAMADİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Azxeber.com-un ünvanladığı sorğuya cavab verib:
- Cəmiyyətdə Milli Məclisin deputatı Eldəniz Səlimovun xüsusi karantin rejimi qaydalarını pozaraq polis əməkdaşları ilə münaqişə yaratması birmənalı qarşılanmır. Bu məsələdə Daxili İşlər Nazirliyinin mövqeyi nədən ibarətdir?
Bildiyiniz kimi Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələbləri, dövlət başçısının aidiyyəti fərmanları, Nazirlər Kabinetinin qərarları rəhbər tutularaq ötən ilin mart ayından etibarən xüsusi karantin rejiminə nəzarət həyata keçirilir və cəmiyyətdəki mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müəyyən olunmuş məhdudiyyətlərə əməl etməsi tələb olunur. Bu məsələyə fərqli yanaşma yaxud hər hansı istisna yoxdur.
Eyni zamanda, xüsusi karantin rejiminə nəzarət və digər sahələrdə xidməti vəzifələri lazımi səviyyədə yerinə yetirməyən əməkdaşlar barəsində Nazirlik tərəfindən araşdırma aparılaraq zəruri tədbirlər görülür və mülki vətəndaşlar kimi polis əməkdaşları da qanun qarşısında məsuliyyət daşıyırlar. Ümumən qanunu pozan polis əməkdaşı olsa belə, törətdiyi əməlin tərkib əlamətləri cinayətdirsə, o, məsuliyyətdən kənarda qalmır. Xidmətdə və fəaliyyətdə əsas prinsip qanunçuluq, vətəndaş məmnunluğunun təminatıdır. 
Həmin hadisə ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluqda istintaq aparılır və sözsüz ki, nəticələri üzrə qanunauyğun qərar qəbul olunacaqdır.
- Müxtəlif iddialar səsləndirilir…
Bu məsələdə iddiaların olması gözləniləndir. Xüsusi karantin rejimi dövründə ictimai-iaşə müəssisələrinin fəaliyyət qaydası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilib və bu baxımdan DİN əməkdaşlarının həmin qaydaları pozan obyekti aşkarlaması, irad bildirməsi və tədbir görməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Qarşı tərəfin bu tələbə etinasız münasibət göstərərək münaqişə yaratması arzuolunmazdır.
İctimai mövqeyindən asılı olmayaraq, hər kəs həyat və sağlamlıqla əlaqəli bu həssas və riskli dövrdə daha məsuliyyətli olmalıdır.

Sosial       Tarix: 02 avqust 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün