DİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab - YENİLƏNİB + VİDEO

DİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab - YENİLƏNİB + VİDEODİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab - YENİLƏNİB + VİDEO
Daxili İşlər Nazirliyi Xızıda yol kənarında qoyulan şəhid plakatlarının sökülməsi ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə aydınlıq gətirib. 
Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, sözügedən videoda iddia edilən məsələ həqiqəti əks etdirmir:
"Xızıda şəhid plakatlarının söküldüyünə dair yayılan məlumatlar doğru deyil. Şəhidin plakatı avtomobil yolunun yaxınlığında qoyulduğu üçün nəqliyyatın hərəkətinə mane yaratmaması üçün mövcud yerindən bir qədər geri çəkilib. Heç bir söküntüdən söhbət gedə bilməz. Ərazidə ictimai asayişin pozulmaması üçün hadisə yerinə polis əməkdaşları da cəlb olunub".
17:38
Xızı rayonunda yol kənarında şəhidlərin xatirəsinə qoyulan plakatların söküldüyünə dair sosial şəbəkədə videogörüntü yayılıb. 
Məlumata görə, şəhid plakatlarının Xızı Rayon İcra Hakimiyyəti tərəfindən sökülməyə cəhd edildiyi iddia olunur. 
Məsələni aydınlaşdırmaq üçün Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq, rayonun icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov iddiaların əsassız olduğunu bildirib:
"Sosial şəbəkədə yayılan videolarla tanışıq. Hadisə heç də təsvir edildiyi kimi olmayıb. Heç kim şəhidlərin plakatlarını sökmür. Sadəcə olaraq şəhid Verdiyev Natiq Əlmurad oğlunun fotosunun vurulduğu plakat yola yaxın olduğu üçün yerləşdiyi yerdən təxminən 40 santimetr kənara çəkilib. Ailəsinin də məlumatı var, heç bir narazılıq yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin". 

Könül Cəfərli

Sosial       Tarix: 16 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler