DİN Sumqayıtdakı qətllə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən azxeber.com-a verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ. Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
T. Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı