Dincəlmək və qazanmağın yolları: "Kəndli məcbur qalıb, evini 40 manata verəcək" - ARAŞDIRMA + FOTO

Dincəlmək və qazanmağın yolları: Dincəlmək və qazanmağın yolları: "Kəndli məcbur qalıb, evini 40 manata verəcək" - ARAŞDIRMA + FOTO
"Pandemiya şəraiti bir qədər yumşalandan sonra insanlar artıq altı-yeddi saat maskayla harasa uçmağı, pandemiya şərtlərinə uyğun test verməyi, xəstələnsələr, gedəcəkləri yerdə karantin altına alınmağı gözə almadılar. Onun yerinə ucuz və sərfəli şəkildə rayonda istirahət etməyi seçdilər. Beləliklə, əvvəl daxili turizmlə bağlı təklif 100 nəfəri əhatə edirdisə, birdən-birə 1000 nəfərlik tələbat yarandı. İnsanlar da rayonlara axın etməyə başladılar. Bu proses də bazar qiymətinə təsir etdi".
Bunu ölkədaxili turizm qiymətlətinin artmasını Oxu.Az-a şərh edərkən turizm eksperti Ramin Zamanov deyib.
Mütəxəssisin fikrincə, artıq kənd sakinləri də ümumi ab-havanı tutaraq biznes qurmağın yolunu öyrəniblər:
"Əvvəllər istirahət deyəndə insanlar Türkiyə, Gürcüstan və digər xarici ölkələrə getməyi düşünürdülər. Amma bu yanaşmanı dəyişmək üçün böyük işlər görüldü. Əvvəllər daxili turizmlə məşğul olan şirkətlər də yox idi, zamanla onlar yarandı və insanlar ölkədaxili istirahəti qəbullandılar. Vaxt keçdikcə ölkədə tələbata adekvat təkliflər formalaşdı.
Dincəlmək və qazanmağın yolları: Vaxtilə biz kəndlərdə kirayə evlər, turistə xidmət, turist gələndə onunla necə davranmaq lazım olduğu barədə heç bir şey müşahidə etmirdik. Yalnız qohum-əqrəbalar bir-birinin evlərinə gedirdilər. Amma artıq insanlar başa düşürlər ki, kəndi tərk etmək olmaz, bir az abadlaşdırmaq və onu biznesə çevirmək mümkündür".
Ekspert yan təsirlərdən də söz açıb:
"Bu gün biz müqayisə etsək, görərik ki, yanacaq qiyməti, tur menecerinin xərcləri üç il əvvəlki ilə eyni deyil. Bunlar yan təsirlərdir. Məsələn, qonşu Türkiyədəki hotellərin qiymətinə baxaq, yerdən asılı olaraq 40-50 manatdan dörd minə qədər var. Azərbaycanda da günü 40-50 manata, hətta 30 manata ev tapmaq olar.
Bu gün dünyanın özünü idarə edən tələb-təklif standartı var, hər şey buna uyğun gedir. Vaxtilə həftələrlə elan etmələrinə rəğmən, rayona aparmağa beş nəfər tapmırdılar. Turizmin ilk tendensiyaları Şahdağla başladı, sonra Tufandağa, daha sonra cənub istiqamətinə turlar təşkil edildi. Bir də bizdə bir şey vardı, "Gedirəmsə, özüm gedim, niyə avtobusda camaatla birgə gedim" deyə düşünürdülər. Belə stereotiplər vardı. Onlar da aradan qaldırıldı. Artıq daxili turizmə böyük tələbat var. Kəndli də görür ki, evi 50 manata da verəndə alırlar, 90 manata verəndə də. Bu adam nəyə görə 90 manat qazanma şansı varkən, 50 manatı seçsin? O da öz gəlirini düşünür".
Həmsöhbətimiz hesab edir ki, qiymətləri tənzimləmək üçün iş adamları kənd evləri tikməlidirlər:
"Hotellər tikilməməlidir. İnsanlar kənd evlərinə daha çox üz tuturlar. O qədər kəndlərimiz var ki, orada yaşayanların sayı azalıb. Bu gün həmin yerlərdə evləri yenidən bərpa etmək lazımdır, bələdiyyələr, kənd sovetləri, icra hakimiyyətləri iş adamlarını cəlb etməlidir ki, evləri azalmış kəndlərdə tələblərə uyğun olan yeni ev tikilsin və onlar da urban turizmi inkişaf etdirsinlər. Belə olsa, artıq qiymətlərdə də müəyyən tənzimləmələr olacaq. Kəndli görəcək ki, qonşuda bütün imkanları olan ev tikilib və qiymət 90 manatdır, məcbur qalıb öz evini 40 manata təklif edəcək".
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva isə bu fikirdədir ki, Biznesin İnkişafı Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlərdən turizm sahəsində fəaliyyət göstərən sahibkarların da faydalanmaq imkanı var.
Mətbuat katibi turizm sektorunda ötən illərlə müqayisədə müəyyən dərəcədə qiymət artımının olması iddialarına münasibət bildirərək qeyd edib ki, iqtisadiyyatın digər sahələri kimi, turizmdə də qiymətlər tələb və təklifə uyğun olaraq formalaşdığından bu sahədə birbaşa dövlət tənzimlənməsi mövcud deyil:
Dincəlmək və qazanmağın yolları: "Dövlətin bu istiqamətdə əsas strategiyası bazarda təkliflərin sayının artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin formalaşmasına dəstək verməkdən ibarətdir. Bu məqsədlə regionlarda hotellərin tikilməsi üçün güzəştlər nəzərdə tutulub. Belə ki, dövlət başçısının 31 yanvar 2017-ci il tarixli 1219 nömrəli müvafiq fərmanı ilə turizm və rekreasiya zonalarında mehmanxana, iaşə və əyləncə xidməti obyektlərinin tikintisi, eləcə də digər ərazilərdə hostel və iki-üç ulduzlu mehmanxanaların tikintisi layihələrinə investisiya təşviqi sənədinin verilməsi təmin olunub.
İnvestisiya təşviqi sənədini almış sahibkarlar yeddi il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50%-nin vergidən azad edilməsi; yeddi il müddətinə fiziki və hüquqi şəxslərin əmlak və torpaq vergisindən azad olunması; yeddi il müddətinə fiziki və hüquqi şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından və ƏDV-dən azad edilməsi kimi güzəştlərdən faydalana bilərlər".
Məlumat üçün bildirək ki, ölkədə günlük daxili turların qiyməti təxminən 25-30 manatdan başlayır. İki gün, bir gecəlik turların qiyməti minimum 85, üç günlük turlar isə 140 manatdır. Buraya səhər yeməyi, nəqliyyat qiyməti və tur rəhbərliyi tərəfindən təşkil edilən əyləncə proqramları daxildir. Nahar və şam yeməyi, çimərlik olan yerlərdə çimərlik qiymətləri, muzeylərə giriş üçün ödənişlər ümumi paketə daxil edilmir.
Şəki-Balakən, Quba-Qusar, Qəbələ-İsmayıllı, Lənkəran-Lerik kimi turistik bölgələrimizdə günlük kirayə həyət evlərinin qiyməti isə yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Məsələn, Qəbələnin ən çox ziyarət edilən yerlərindən olan Vəndam qəsəbəsində dördotaqlı həyət evinin günlük kirayə haqqı 200-250 manatdır, iki-üç otaqlı evləri isə 70-150 manat aralığında kirayə götürmək mümkündür. Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksinə yaxın yerdəki dörd-beş otaqlı evlərin qiyməti isə 250-350 manat arası dəyişir.
Qubanın Qəçrəş kəndindəki iki-üç otaqlı evlər 70-150, dördotaqlılar isə 120-200 manatdan kirayəyə verilir. İsmayıllıda turistlərin maraq nöqtəsi olan yerlərdə üçotaqlı evlər 60-230, 4-6 otaqlı evlərin qiyməti isə 200-250 manatda qərarlaşır. Şəki, Lənkəran kimi şəhərlərimizdə isə qiymətlər digərləri ilə müqayisədə daha ucuz görünür. Belə ki, burada 80-90 manata dörd-beş otaqlı evlər tapmaq mümkündür.
Aytac Qasımova

Turizm     Baxılıb: 621   Tarix: 17 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda qurban bayrami 2025 futbol xeberleri cəbhədən son vəziyyət