Dini Komitə ABŞ-ın Dini Azadlıq üzrə Komissiyasının Azərbaycanla bağlı arayışına münasibət bildirdi

Dini Komitə ABŞ-ın Dini Azadlıq üzrə Komissiyasının Azərbaycanla bağlı arayışına münasibət bildirdiDini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının 2021-ci il 1 sentyabr tarixli "Məzarlıqların dağıdılması" adlı arayışının Azərbaycanla bağlı hissəsinə dair bəyanat yayıb.
Dövlət Komitəsindən Azxeber.com-a daxil olan bəyanatda deyilir:
"Bu günlərdə ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası (U.S. Commission on International Religious Freedom – USCIRF) "məzarlıqların dağıdılması" ("Destruction of Cemetries") adlı arayış yaymışdır. Təəssüf ki, çox vaxt olduğu kimi, arayışda da real vəziyyəti əks etdirməyən, ermənilərin yaydıqları yalan məlumatlara istinad olunan, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda saxta iddialar irəli sürülmüşdür.
Arayışın 2018-ci ildən sonranı əhatə etməsinə baxmayaraq, Azərbaycan üzrə bölməsində 2000-ci illərin əvvəllərinə aid edilən "Naxçıvan və Bakı üzrə iddialar" təkrarlanmış, azərbaycanlıların məzarlıqlarına qarşı ermənilərin vandal münasibətinin üzərindən ötəri keçilmiş, sənəddə "Yəhudi məzarlıqları" adlı ayrıca yarımbaşlıq olsa da, Ermənistanda 2020 və 2021-ci illərdə Holokost memorial abidəsinə və yəhudi məzarlığına qarşı vandallıq aktları əks olunmamışdır.
Bildiririk ki, ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixində heç bir məzarlığın və ya qəbiristanlığın dağıdılması qeydə alınmamışdır. 44 günlük Vətən müharibəsi müddətində belə Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməmişdir. Bu faktı xarici jurnalistlər də dəfələrlə təsdiqləmişlər.
Arayışda azərbaycanlılara məxsus məzarların və digər yerlərin dağıdılması, son müharibə dövründə erməni hərbi qüvvələrinin Tərtər rayonu ərazisində dəfn mərasimi zamanı qəsdən qəbiristanlığa atəş açması, 4 nəfərin həlak olması, 4 nəfərin yaralanması faktının "Human Rights Watch" təşkilatı tərəfindən təsdiq edildiyi vurğulansa da, qəribədir ki, həmin məlumatlar "Azərbaycan" adlı yarımbaşlıq altında qeyd edilmişdir.
Bütün bu deyilənlər və arayışda "Ermənistan" yarımbaşlığının, ümumiyyətlə, olmaması sözügedən materialın nə dərəcədə ermənipərəst və qərəzli mahiyyət daşıdığının göstəricisidir.
Təəssüf ki, arayışda Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması qeyd olunan sənəddə öz əksini tapmamışdır.
Heç kimə sirr deyil ki, işğal dövründə Azərbaycan vətəndaşları öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilmiş, ümumilikdə 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılaraq yerlə bir edilmiş, ya da cəsədlər çıxarılmış, təhqir olunmuş, qəbirüstü abidələr talan edilmişdir.
Bütün bu cinayətkar əməlləri ilə qarşı tərəf "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt", "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozmuşdur.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə yanaşı, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq təşkilatlar, eləcə də xarici jurnalistlər azad edilmiş zonalarda missiyalarını həyata keçirərkən, qəbiristanlıqlara qarşı mənfur düşmənin törətdiyi vandalizm aktlarının nümunəsi olan Cəbrayıl rayonundakı məzarlığa da baş çəkərək bilavasitə şahidi olduqları erməni vəhşiliyinin dünya ictimaiyyəti tərəfindən pislənilməsi istiqamətində çağırışlar etmişlər.
Təəssüflər olsun ki, 30 illik işğal dövründə bəzi aidiyyəti beynəlxalq qurumlar məsələyə laqeyd münasibət bəsləmiş, Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən bu məsələlərlə bağlı faktaraşdırıcı missiya göndərilməmişdir.
Qeyd etmək lazımdır ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdəki Ermənistan Silahlı Qüvvələrinin dağıtdıqları bütün dini abidələrin bərpa ediləcəyi bəyan edilmiş, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün ölkə başçısının tapşırıqlarına əsasən, "Böyük Qayıdış" proqramı əsasında bərpa prosesi başladılmışdır. Dövlət strukturları ilə yanaşı, bərpa prosesində Heydər Əliyev Fondu da yaxından iştirak edir və hazırda bərpa layihələri uğurla icra olunur.
Sonda, qərəzli və obyektiv olmayan məlumatlardan dərin təəssüf hissi keçirdiyimizi bildirərək, bir daha qeyd edirik ki, dünyada vicdan azadlığı ilə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək kimi məsuliyyəti üzərinə götürmüş ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası sözügedən arayışa bəzi məsələləri araşdırmadan daxil etmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və dürüst tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasını və digər müvafiq qurumlarını bir daha əməkdaşlığa dəvət edir".

Siyasi       Tarix: 06 sentyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


yeni xeberler son xeberler azerbaycan xeberleri sosial yardim havanın temperaturu bu gune olan xeberler bugun xeberler