Dini liderlər İlham Əliyevə səs verməyə ÇAĞIRIR

Dini liderlər İlham Əliyevə səs verməyə ÇAĞIRIRAzərbaycandakl dini Konfessiyaların rəhbərləri Prezident seçkiləri ilə əlaqədar müraciət yayıb.
KONKRET.az xəbər verir ki, müraciət QMİ-nin növbədənkənar prezident seçkiləri ilə bağlı iclasında elan olunub.
Müraciətdə deyilir:
"Uca Yaradanın adı ilə!
Biz, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları – müsəlman, xristian və yəhudi dini icma nümayəndələri, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə – Prezident seçkiləri ilə əlaqədar bir araya gələrək, aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik.
Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Vətən müharibəsində tarixi ədaləti və ərazi bütövlüyünü, Xankəndi zəfəri ilə suverenliyini tam bərpa etmiş Azərbaycan xalqı yeni siyasi reallıqlar müstəvisində 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinə hazırlaşır. Bu seçkilər müstəqillik tariximizdə bütün Azərbaycan Respublikası ərazisində həyata keçiriləcək ilk seçki olaraq xüsusi önəm, tarixi dəyər kəsb edir. Xalqımıza hamılıqla növbəti seçkilərə qatılmaq və müstəqil iradə ortaya qoymaq fürsəti verilmişdir.
Ulu Öndərin vəsiyyətlərini, Azərbaycan xalqına verdiyi vədləri əsl övlad qeyrətiylə yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi zəfərlərə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Həqiqətən, Vətəni ucaldanların, tarix yaradanların, xilaskarlıq missiyasını şərəflə yerinə yetirən liderlərin məqamı millətin qəlbidir. Azərbaycanın ən yeni tarixinin memarı, qalib sərkərdə, ölkəmizi uzun sürən işğal və separatizm bəlasından xilas edən müzəffər Ali Baş Komandanımız hər bir azərbaycanlının sonsuz məhəbbət, dərin etimad və minnətdarlıq borcunu haqq etmişdir. Xalqımız Uca Allahın köməyi ilə Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarı ətrafında sıx birləşərək Ali Baş Komandanın əzmi və iradəsi, şanlı ordumuzun rəşadəti ilə məkrli düşmənə diz çökdürmüşdür. Mübarək üç rəngli bayrağımızı Qarabağda və işğaldan azad edilmiş bütün ərazilərimizdə yüksəldən belə bir milli rəhbər və dövlət başçısı Ulu Tanrının bizlərə əvəzsiz Lütfüdür. İlham Əliyev Qarabağın xilaskarı olaraq öz adını Azərbaycan tarixinə əbədi həkk etmişdir.
Bu gün qürur ünvanımız Şuşanın, şərəf məkanımız Xankəndinin azad edilməsinə, nisgilli Xocalının Vətənə qovuşmasına görə hər bir azərbaycanlının qəlbində özəl bir iftixar və minnətdarlıq borcu vardır. Mübaliğəsiz demək olar ki, Azərbaycan xalqı onilliklər ərzində həsrətində olduğu arzularına çatmış, millət və dövlət olaraq beynəlxalq müstəvidə ədaləti bərpa etmək qüdrətində olduğunu sübut etmişdir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda Böyük Qayıdış Proqramı çərçivəsində nəhəng quruculuq işləri aparılaraq həyat yenidən dirçəldilir və erməni vandalizminin ağır nəticələri aradan qaldırılır.
2003-2023-cü illər ərzində Azərbaycanda yüzlərlə tarixi məscid və ziyarətgahlar, eləcə də kilsə və sinaqoqlar təmir olunmuş, yeniləri inşa edilmişdir. Bu sahədə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun həyata keçirdiyi "Tolerantlıq ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə müxtəlif dinlərə mənsub onlarla tarixi-dini abidə bərpa olunmuş və yenidən qurulmuşdur.
Prezident İlham Əliyevin tapşırığı əsasında Bakıda tikilən "Heydər" məscidi, yenidən qurulmuş "Bibiheybət" və Gəncə şəhəri "İmamzadə" məscid-ziyarətgah kompleksləri, eləcə də "Təzəpir", "Əjdərbəy", Şamaxı "Cümə", Şuşa şəhəri "Yuxarı Gövhər ağa" məscidləri və s. bu gün İslam mədəniyyətinin inciləri sırasındadır. Hazırda işğaldan azad olunmuş şəhər və kəndlərimizdə tarixi məscidlərin bərpası, eləcə də yeni ibadət ocaqlarının tikintisi davam etdirilir.
Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət büdcəsindən hər il milyonlarla manat dəyərində maddi vəsait ayrılır, din xadimlərinin maddi təminatının yaxşılaşdırılması üçün yardımlar edilir.
Prezident İlham Əliyevin dini cameə ilə mütəmadi görüşləri, ibadət yerlərinin açılışında şəxsən iştirakı, əlamətdar bayramlar münasibəti ilə dini icmalara rəsmi təbrik məktubları ünvanlaması, tanınmış din xadimlərinin yüksək dövlət mükafatlarına layiq görülməsi ölkə başçısının cəmiyyətdə dinin roluna, sağlam mənəvi-əxlaqi dəyərlərin təbliğinə və təşviqinə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Azərbaycan dünyada tolerantlığın və multikultural dəyərlərin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanıldığı və təşviq edildiyi azsaylı ölkələrdəndir. Bu gün Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına ciddi töhfələr verən beynəlxalq platformaların reallaşmasında, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və dəstəyi ilə mədəniyyətlərası dialoqla bağlı 2008-ci ildə Avropa və digər region ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə Bakıda keçirilən mötəbər tədbirdə "Mədəniyyətlərarası dialoqun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edilmiş və bununla da "Bakı Prosesi" adlı platformanın əsası qoyulmuşdur. 2011-ci ildən etibarən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Bakı Qlobal Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Dünya dini liderlərinin I və II Sammiti kimi silsilə beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında, 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatında uğurla fəaliyyət göstərməkdədir. 2024-cü ildə BMT-nin iqlim dəyişiklikləri probleminə dair COP 29 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qərarı dövlətimizin növbəti böyük uğurudur.
Bütün bunlar Azərbaycanda dövlət-din münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sahəsində həyata keçirilən ardıcıl siyasətə yüksək etimadın və Prezident İlham Əliyevin şəksiz beynəlxalq nüfuzunun göstəricisidir.
Dövlət başçısının təşəbbüsü ilə 2016-cı ildə Azərbaycanda "Multikulturalizm ili"nin, 2017-ci ildə "İslam həmrəyliyi ili"nin elan edilməsi, həmin il Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması ölkəmizin İslam birliyinə və həmrəyliyinə, eləcə də cəmiyyətdə tolerantlığın və multikultural dəyərlərin təbliği və təşviqinə verdiyi dəyərli töhfələrdir.
2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan və 2024-cü ildə Şuşa şəhərlərinin "İslam mədəniyyətinin paytaxtı" elan olunması ölkəmizin İslam aləmində qazandığı nüfuzu göstərir.
Dilindən və dinindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları dövlətin diqqət və qayğısını eyni dərəcədə hiss edirlər. Biz dindarlar fəxr edirik ki, artıq azad Qarabağda məscidlərin minarələrindən azan səsləri ucalır, müqəddəs məkanlarımız və digər dinlərə məxsus məbədlərimiz əsarətdən qurtulmuşdur. Müdrik dövlət rəhbərimiz İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə şəxsi diqqət və qayğısı qəlbimizi iftixarla doldurur. Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bundan sonra da tərəqqi və inkişaf yolu ilə irəliləyəcək, hər zaman yeni uğurlara imza atacaqdır.
Səmavi dinlər insanın azad seçim hüququnu təsbit edir, rəhbər, öndər, ixtiyar sahibinin seçiminə böyük əhəmiyyət verir. Uca Yaradanın Zəbur, Tövrat, İncil, Quran kitablarında təlqin olunan dəyərlərlə dünyəvi həyatımıza nəzər salsaq, görərik ki, yaşadığı cəmiyyətin inkişaf və tərəqqisini istəyən hər bir insan haqqı nahaqdan seçməyi bacarmalı, həmişə Haqqın və Ədalətin yanında olmalıdır. Müqəddəs kitablarımızda Ulu Tanrı bizə əta etdiyi əmanətləri haqq sahiblərinə, layiq olanlara verməyi əmr edir. Din dünyəvi dövlətdə siyasətdən ayrı olsa da, dindar şəxs ölkəsinin vətəndaşı kimi taleyüklü məsələlərdə yaxından iştirak etməli, əsl vətəndaş fəallığı göstərməli, düzgün seçim edərək öz səsini ən layiqli namizədə verməlidir.
Ölkəmizin ərazi bütövlüyünü bərpa edən, Qarabağ probleminə son qoyan, milli dəyərlərimizə və mənəvi irsimizə sahib çıxan, Birinci və İkinci Qarabağ müharibələrinin, 20 Yanvar və Xocalı şəhidlərinin qanını yerdə qoymayan, düşmən üzərində möhtəşəm tarixi Zəfərlə onların müqəddəs ruhlarını sevindirən dəmir yumruqlu qalib sərkərdə, müdrik dövlət rəhbəri İlham Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri göz önündədir. Hər birinizi Azərbaycanımız və xalqımız üçün önəmli mahiyyət daşıyan növbədənkənar prezident seçkilərində fəal iştiraka və gələcəyimiz naminə doğru seçim etməyə, ən layiqli namizəd – dövlət başçımız İlham Əliyev cənablarına səs verməyə çağırırıq.
Uca Yaradanın Lütf və Mərhəməti hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar olsun! AMİN!"-müraciətdə deyilir.
Müraciəti aşağıdakılar imzalayıb:
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Milix YEVDAYEV
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Arximandrit Aleksiy NİKONOROV
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert MOBİLİ
Alban-udi Xristian Dini İcmasının sədri

Siyasi     Baxılıb: 230   Tarix: 19 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasının Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Litva Baş naziri Azərbaycana rəsmi səfərə gəlir

Litva Baş naziri İnqa Ruginiene sabah Azərbaycana rəsmi səfərə gələcək. xəbər verir ki, bu barədə Litva səfirliyi məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində Litva Baş nazirinin Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəl

Pezeşkian: "Atəşkəsdə İranın mövqeyi əsas götürüldü

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İran arasında əldə edilən müvəqqəti atəşkəs sazişi ilə bağlı açıqlama verib. xəbər verir ki, Pezeşkian "X" sosial media platformasında paylaşımında bildirib ki, razılaşma İsraili

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

Ermənistanda azşaylı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb. -a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib

İlham Əliyev Mixeil Kavelaşvili ilə təkbətək görüşdü

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub. xəbər verir ki, sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazd

Ceyhun Bayramovla Əraqçi ilə müzakirə apardı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Bu barədə  -a XİN-dən məlumat verilib. Telefon danışığ

Ukraynanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.  xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb

Prezident Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər. Dövlə

Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib. xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlət başçısı il


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər bu gune olan xeberler sou xeberler son xəbər