Direktorlara 8 Martla bağlı - XƏBƏRDARLIQ

Direktorlara 8 Martla bağlı - XƏBƏRDARLIQPaytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova və məktəb direktorları iştirak ediblər.
Görüşdə vətəndaş məmnuniyyəti, birinci sinfə qəbul, qurumlararası əməkdaşlıq, rəqəmsal məktəb platforması üzrə fəaliyyət, PİSA 2025 tədqiqatının təşkili və digər mövzularda müzakirələr aparılıb.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub. Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.
MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli hər bir dövlət qurumunun fəaliyyətində olduğu kimi, təhsil sahəsində də vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulu ilə bağlı həyata keçirilən sistemli tədbirlərin insanları narahat edən məsələlərin aradan qaldırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib, bu istiqamətdə əldə olunan müsbət nəticələrdən danışıb.   
Agentliyin sektor müdiri Fidan Nəcəfova ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində fəaliyyətə başlayan "Rəqəmsal məktəb" platformasının əhəmiyyəti barədə danışıb. Sektor müdiri PİSA 2025 beynəlxalq şagird qiymətləndirmə tədqiqatında uğurlu nəticələrin əldə olunmasında məktəb, müəllim və şagirdlərin üzərinə düşən vəzifələrdən söz açıb, IV-VI siniflər üzrə monitorinqlərin təşkili ilə bağlı bəzi məqamları diqqətə çatdırıb.
Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul,  məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib, müvafiq tapşırıqlar verilib.
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Sosial       Tarix: 27 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber cəbhədən son xəbər xeberler azerbaycan hava haqqinda