Dizel kəskin bahalaşdı - Qiymət artımı dünya bazarı ilə əlaqələndirilir
Tailandda dizel yanacağının pərakəndə qiymətləri son bir ayda 50%-dən çox artaraq 1,5 dəfədən artıq bahalaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Banqkokda "Bangchak" enerji şirkətinin yanacaqdoldurma məntəqələrində palma yağı qarışıqlı dizelin qiyməti bir ay ərzində 29,94 batdan (0,92 dollar) 50,59 bata (1,55 dollar) qədər yüksəlib. Son sutkada isə qiymətlər əlavə olaraq 2,8 bat artıb. Premium dizelin qiyməti isə 70,94 bata (2,17 dollar) çatıb.
Bildirilir ki, qiymət artımı dünya bazarında neft və neft məhsullarının qiymətlərindəki dəyişkənlik fonunda subsidiyaların azaldılması qərarı ilə bağlıdır.
Qeyd olunur ki, qazohol və adi benzinin qiymətləri son günlər sabit qalsa da, bir ay ərzində orta hesabla 35-40% artıb. Banqkokdakı yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı müşahidə edilmir.
Yanacaq xərclərinin artması fonunda poçt xidmətləri müvəqqəti olaraq 3 bat (0,09 dollar) əlavə rüsum tətbiq edib. Eyni zamanda, ölkənin Enerji Tənzimləmə Komissiyası may-avqust aylarında elektrik tariflərinin 1,8% artırılacağını açıqlayıb.//publika.az

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı