Dizel qiymətləri tarixi rekordu qırdı: Azərbaycan bazarı üçün isə…

Dizel qiymətləri tarixi rekordu qırdı: Azərbaycan bazarı üçün isə…Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında gəmiçilik hərəkətinin iflic olması qlobal enerji bazarlarında "şok" effekti yaradıb. Bu gərginlik fonunda Avropada neft məhsullarının qiymətləri sürətlə yüksələrək tarixi maksimuma çatıb.
KONKRET.az xəbər verir ki, az kükürdlü qazoylun fyuçersləri hər ton üçün 1 349,25 dollara yüksəlib ki, bu da son dörd ilin ən yüksək göstəricisidir. Dizelin spot qiymətləri isə Şimali Avropada 1 505 dolları ötərək bütün əvvəlki rekordları geridə qoyub. "Insights Global"ın məlumatına görə, strateji mərkəzlərdə yanacaq ehtiyatları kəskin şəkildə azalmaqda davam edir. Analitiklər bu vəziyyəti Fars körfəzindəki tədarük zəncirinin qırılması və təklifin qeyri-sabitliyi ilə əlaqələndirirlər.
Qlobal bazardakı bu kəskin artımlar fonunda ən çox verilən suallardan biri də budur: Avropadakı bahalaşma dalğası Azərbaycana da çata bilərmi?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, dünya bazarındakı qiymət artımları Azərbaycanın daxili bazarına birbaşa deyil, dolayı yollarla təsir göstərə bilər:
"Azərbaycanda dizel və benzinin qiyməti liberal deyil, Tarif Şurası tərəfindən tənzimlənir. Buna görə də Avropada qiymət rekord vurduğu gün bizdə dərhal bahalaşma baş vermir. Lakin unutmaq olmaz ki, Azərbaycan həm də neft məhsulları ixrac edən ölkədir. Dünya bazarında qiymətlərin kəskin artması dövlətin ixrac gəlirlərini artırsa da, daxili bazarda müəyyən iqtisadi zəmin yarandıqda hökumət qiymətlərə yenidən baxa bilər. Xüsusilə dizel yanacağı kənd təsərrüfatı və nəqliyyat sektoru üçün strateji məhsul olduğundan, qlobal artımlar fonunda maya dəyərinin yüksəlməsi gələcəkdə daxili tariflərin dəyişdirilməsi ehtimalını gündəmə gətirə bilər".
O, bildirib ki, hazırkı vəziyyət daha çox istehlak mallarının qiymətinə təsir edə bilər:
"Bizim üçün əsas təhlükə idxal olunan inflyasiyadır. Azərbaycan Avropadan çox sayda istehlak malları və avadanlıqlar idxal edir. Avropada dizelin bahalaşması orada istehsal olunan hər bir məhsulun maya dəyərinin və daşınma xərclərinin artması deməkdir. Bu isə o deməkdir ki, yanacağın qiyməti bizdə sabit qalsa belə, xaricdən gətirilən ərzaqdan tutmuş texnikaya qədər hər şeyin qiymətində artım müşahidə edəcəyik. Yəni qlobal enerji böhranı hər bir halda Azərbaycan istehlakçısının cibinə toxunacaq. Hazırda daxili bazarda yanacağın qiymətini artırmaq üçün kəskin zəmin olmasa da, qlobal gərginlik uzun müddət davam edərsə, bu məsələ hökumətin iqtisadi planlarında yer ala bilər".

Sosial       Tarix: 25 mart 2026
f Paylaş

Oxşar xəbərlər

46 yaşlı qadın qızdırmadan öldü

Ağdaşda 46 yaşlı qadın vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib

Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanı

İran–ABŞ gərginliyi manata təsir edəcək? – İqtisadçı açıqladı

İran və ABŞ arasında gərginliyin yenidən artması qlobal maliyyə bazarlarında da diqqətlə izlənilir. Mütəxəssislər hesab edirlər ki, mümkün hərbi və siyasi eskalasiya investorların davranışına təsir edərək ABŞ dollarına tələb

Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində olub. İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-c

Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznes Məktəbində MBA proqramı üzrə təhsil almağın bir sıra üstünlükləri var. Bizim.Media xəbər verir ki, sözügedən MBA proqramı gələcəyin rəhbərləri, sahibkarları və qərarvericilər

Cəlilabadda avtomobil uşağı vurdu

Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsind

Bu kolleclərə tələbə getmir - Boş qalan plan yerlərinin siyahısı

Orta ixtisas təhsili müəssisələri üzrə ən çox boş plan yeri qalan kolleclərin siyahısı açıqlanıb. -a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarını

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanuna edilə

Şəhid anası vəfat etdi

Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidi Qədir Məmişovun anası dünyasını dəyişib. Ölüm faktı ailənin yaşadığı N.Nərimanov küçəsində yerləşən mənzildə qeydə alınıb. 1941-ci il təvəllüdlü Məmmədova Zoya Şafikovna gec


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun krimnal bugun cəbhədən yeni xəbərlər cəbhədən son vəziyyət