Dizelin qiyməti artarsa, hər şey bahalaşacaq – EKSPERT
Pandemiyadan sonra iflic vəziyyətə düşmüş qlobal iqtisadiyyat Rusiya-Ukrayna müharibəsi fonunda daha da ağır problemlərlə üzləşdi.
Müharibənin başladığı ilk günlərdən bütün dünyada qlobal ərzaq çatışmazlığı və inflyasiya ciddi problemə çevrilib. Təbii ki, Azərbaycan da bu proseslərdən kənarda qalmır. Cari ilin əvvəlindən qiymət artımları demək olar bütün sahələrdə hiss olunur. Bu günlərdə isə yanacağın qiymətinin növbəti dəfə bahalaşacağına dair fikirlər səsləndirilir. İstifadəçilər deyir ki, Bakıdakı yanacaq doldurma məntəqələrində dizel limitlə satılır. Buna səbəb isə yaxın günlərdə gözlənilən qiymət artımıdır.
Bəs bu iddialar nə dərəcədə doğrudur? Dizelin qiymətinin bahalaşmasının əsası varmı?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb. O bildirib ki, Dizelin qiyməti arta bilər. Lakin indidən dəqiq nə isə demək olmaz:
"Dizelin qiyməti bazarda formalaşmır. Onun qiymətini Tarif Şurası müəyyən edir. Yəni, Tariff Şurasının iclası və qərarı olmadan heç bir qiymət artımı ola bilməz. İndidən bu barədə dəqiq nə isə demək düzgün deyil".
Ekspertin fikrincə, indiki halda qiymətlərin bahalaşması üçün əsaslar var:
"Neftin qiyməti uzun müddətdir ki, 100 dollardan baha satılır. Bu mənada hökumət uyğun hesab etsə, dizelin qiyməti arta bilər. Dizel istehsalı əhəmiyyətli yanacaq növüdür. Yükdaşımalarda dizeldən istifadə olunur. Daşımanın maya dəyəri artarsa, hər şey bahalaşacaq. Xüsusilə bu qiymət artımı ərzağın qiymətinə mənfi təsir edəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı