Dmitri Fetisov: "Münhen debatları zamanı İlham Əliyev üstün oldu" - MÜSAHİBƏ

Dmitri Fetisov: "Münhen debatları zamanı İlham Əliyev üstün oldu" - MÜSAHİBƏDmitri Fetisov: "Münhen debatları zamanı İlham Əliyev üstün oldu" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı Münhendə keçirilən debatlardan artıq bir neçə gün keçib. Buna baxmayaraq, Yerevanda hələ də erməni liderin ünvanına tənqidlər səsləndirilir. Kimlərsə onu "Arsax" sözünü işlətməməkdə, kimlərsə tarixi bilməməkdə günahlandırır. Ermənistanın Azərbaycanı çaşdırmaq üçün hiyləgər planı olduğunu irəli sürənlər də oldu.
Bütün bunlar barədə Media.Az-a rusiyalı siyasi məsləhətçi Dmitri Fetisov danışıb.
- Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan Münhendəki görüşdən bir neçə gün sonra Ermənistanın Qarabağ münaqişəsini "xalqın öz müqəddəratını təyin etməsi" kimi təqdim edərək, şüurlu siyasət apara biləcəyini, hansısa məqamda isə Yerevanın Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma rejimin müstəqilliyini tanıyacağını ehtimal edib. Bundan sonra referendum gələcək və "Qarabağ xalqı" (bu terminə hələ qayıdacağıq) öz taleyini təyin edəcək.
- Mən bu planın real olduğunu düşünmürəm. Nəzəri cəhətdən istənilən şeyi düşünmək olar, lakin praktika göstərir ki, hadisələr başqa ssenari üzrə gedir.
Mən Münhen görüşünə qayıtmaq istərdim. Görüşü diqqətlə izlədim və anladım ki, heç bir irəliləyiş (Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə - red.) yoxdur. Bəli, görüş faktının özü sevindirir və burada Nikol Paşinyana iradlar daha çoxdur, çünki İlham Əliyev mütəmadi olaraq danışıqlara hazır olduğunu göstərib. Ancaq Paşinyanın hakimiyyətə gəlməsi ilə danışıqlar prosesi əhəmiyyətli dərəcədə yavaşlayıb.
Birmənalı şəkildə İlham Əliyevin sonuncu görüşdə üstün olduğunu söyləyən azərbaycanlı eskpertlərlə razılaşıram. Bu, həqiqətən də, belədir. Azərbaycan Prezidentinin böyük siyasi və diplomatik təcrübəsi var, hansı ki, Nikol Paşinyanda yoxdur. Hazırkı Ermənistan lideri heç vaxt diplomatiya ilə məşğul olmayıb, o, populizmlə məşğul olmağa öyrəşib.
Azərbaycan Prezidentinin mövqeyi dəqiq və təsdiqlənmişdir. Ermənistanın Baş nazirinin isə mövqeyi, sadəcə, yoxdur. Yerevanın mövqeyinin maksimal dərəcədə qeyri-müəyyən olmasına çalışmaqla, Nikol Paşinyan Qarabağ mövzusunu öz siyasi maraqları naminə istifadə etməyə davam edir.
Fərqli fikirlər, məsələn, Ermənistanın "hiyləgər planı" barədə fikirlər hətta Paşinyan üçün faydalıdır. Onun üçün əsas olan Qarabağ probleminin həllini yubatmaqdır. Təəssüf ki, hələlik belə də olur, irəliləyiş (sülh yolu ilə həllində - red.) yoxdur və hələ olacağını da görmürəm.
- Nikol Paşinyan müzakirə zamanı bir dəfə də olsun Dağlıq Qarabağı "Arsax" adlandırmayıb. Buna görə də Ermənistanda onu ittiham edirlər. Axı erməni tərəfi dünya ictimaiyyətinin "Arsax"ın nə olduğunu öyrənməsi üçün o qədər güc sərf etmişdi...
- ...Lakin bu alınmadı. Nikol Paşinyan çox gözəl başa düşdü ki, dünyada onu başa düşməyəcəklər. "Arsax" nədir? Yerli sakinlərdən başqa heç kim bunu anlamır və bilmir.
- Ermənistan mətbuatında Dağlıq Qarabağ münaqişəsinin "Dağlıq Qarabağ xalqının" iştirakı olmadan həll edilməsinin mümkünsüzlüyü barədə təkrar-təkrar fikirlər səsləndirilir. Və söhbət həmişə yalnız Qarabağın erməni icmasından gedir. Bəs azərbaycanlılar haradadır? Və "Qarabağ xalqı" nədir?
- Erməni ekspertlər, həqiqətən də, azərbaycanlılar barədə unudurlar. Yalnız azərbaycanlılar da deyil, çünki Qarabağda ruslar da, digər millətlərin nümayəndələri də yaşayıb! Bu planda Azərbaycanın ekspertləri düzgün danışırlar, onlar unutmurlar ki, əgər "Dağlıq Qarabağ xalqı" termini istifadə olunursa, bu termin altında yalnız ermənilər deyil, bu regionda yaşayan və yaşamış bütün insanlar nəzərdə tutulur.
Ümumilikdə, əgər bu anlayış altında yalnız erməni əhalisi nəzərdə tutulursa, əlbəttə ki, "Dağlıq Qarabağ xalqı" deyə bir şey yoxdur. /oxu.az

Siyasi       Tarix: 20 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun