Dmitri Qordon: "Gündüz Məmmədov korrupsiyadan uzaq insandır və onu yerinə qaytarmaq lazımdır" - VİDEO
Ukraynalı jurnalist, "Qordon" internet-nəşrinin təsisçisi Dmitri Qordon Ukraynanın Baş prokurorunun azərbaycan əsilli müavini Gündüz Məmmədovun vəzifədən uzaqlaşdırılmasını tənqid edib.
Bu barədə jurnalist "Ukrayna 24" telekanalının efirində çıxışı zamanı bildirib.
O, bu qərarın yanlış olduğunu qeyd edib.
"Gündüz Məmmədov tamamilə korrupsiyadan uzaq adamdır. O, peşəkarlardan ibarət komanda toplayıb, böyüdüb. Bu insanlar Rusiyanın 7,5 il illik aqresiyası zamanı olan bütün cinayətləri qeydə alıblar. Orada elə materiallar toplanıb ki... Mən bu barədə çox danışa bilmərəm. Ancaq bu "müharibə departamentində" bir neçə Nürnberq və ya Haaqa prosesi üzərində çalışılıb", - deyə o bildirib.
Dmitri Qordon həmçinin Gündüz Məmmədovun yerinə baş prokurorun digər müavini Maksim Yakubovskinin təyin olunmasına qəzəblənib. Onun sözlərinə görə, Yakubovskinin Rusiya Prezidentinin qızının xaç atası olan millət vəkili Viktor Medvedçukun adamı olduğu deyilir.
"Məmmədov vurulan "Boeing" təyyarəsi ilə bağlı (2014-cü ildə Donetsk vilayətində) Ukraynanın bütün mövqeyini qoruyur. O, həmçinin düşmənin arxa cəbhəsində aparılan çoxsaylı gizli, ciddi xüsusi əməliyyatları kurasiya edir", - deyə D.Qordon bildirib.
Jurnalist həmçinin bildirib ki, Gündüz Məmmədov mütləq öz vəzifəsinin başına qaytarılmalıdır:
"Çox qətiyyətlə deyirəm ki, Gündüz Məmmədov yerinə qaytarılmalıdır".
Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncədə anadan olub.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR