Dohada Əminə Cabbarla Çavuşoğlu arasında görüş keçirildi
Qətərin paytaxtında keçirilən "Doha Forumu"nda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ukraynanın xarici işlər nazirinin müavini Əminə Cabbar arasında görüş olub.
KONKRET.azxəbər verir ki, bu barədə ukraynalı siyasətçi tviterdə yazıb.
"Türkiyəyə Ukrayna ilə sarsılmaz həmrəyliyinə, Rusiya təcavüzünə son qoyulması istiqamətində əməli siyasi və humanitar dəstəyə, həmçinin Ukraynanın təhlükəsizliyinin təminatçılarından biri olmaq məsələsini nəzərdən keçirməyə hazır olduğuna görə təşəkkür etdim", – Ə.Cabbar vurğulayıb.
Qeyd edək ki, Ukrayna XİN başçısı Dmitro Kulebanın birinci müavini olan Əminə Cabbar bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti