Doktoranturaya sənəd qəbulunun vaxtı uzadıldı
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinin vaxtı uzadılıb.
Təhsil Nazirliyindən azxeber.com-a verilən məlumata görə, proses 10 may saat 23.59–da bitəcək.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində "Şəxsi kabinet" açmalıdır. Namizədlər "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən "İmtahana buraxılış" statusu təyin edilərək müraciətçilərin "Şəxsi kabineti"ndə əks olunacaq.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına "Şəxsi kabinet"ində "İmtahana buraxılış" statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı