Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?

Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?Dünya bazarında dolların kəskin möhkəmlənməsi davam edir. ABŞ pulu əksər səbət valyutalara nisbətən güclənməkdədir.
Avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib. İndi birjalarda 1 avro almaq üçün, demək olar, 1 dollar ödəmək lazımdır.
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun dediyinə gprı, son 1 ildə avro 18 faiz dəyər itirib və Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib: "Avronun kəskin ucuzlaşmasının əsas səbəbi də məhz Ukraynadakı savaşdır. Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar "qoca qitədə" real sektorun inkişafını ciddi şəkildə tormuzlayır.
Eyni zamanda, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsində kəskin artımlara getməsi də avro daxil olmaqla digər səbət valyutalarının dollara olan kursuna təsirsiz ötüşmür. Ötən ay FED dərəcəni 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artım idi. İyul ayında da ABŞ-da uçot dərəcəsinin yenidən artırılacağını istisna etmirlər. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 1,75 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.
FED bu il 2 faizlik infilyasiya hədəfləsə də artıq 12 aylıq qiymət artımı səviyyəsi 7.0 faizə yaxınlaşır. Bu son 40 ildə ABŞ-da ən yüksək infilyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib. Nəticədə isə dolların kəskin möhkəmlənməsi ilə müşahidə edilir".
Millət vəkilinin fikrincə, avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur: "Doğrudur, Avrozonada infilyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal infilyasiya dərəcəsini nəzərə alsaq ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir.
Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur. Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.7060-dək dəyişib. Bu manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir.
Bu arada uzun müddətdən sonra Avropa Mərkəzi Bankının bu ay uçot dərəcəsini 0.25 faiz artıracağı gözlənilir. Amma yenə də Avropada uçot dərəcəsi okeanın o tayı ilə müqayisədə daha aşağı faiz bəndləri ilə yüksəldilir".
Avronun ucuzlaşması Azərbaycana nə vəd edir? V.Bayramov deyir ki, avronun zəifləməsi Avropadan Azərbaycana idxal edilən məhsullarının xərcinə təsir edə bilər: "Amma avrozonada infilyasiya səviyyəsi yüksək olduğundan idxal edilən mallarda xüsusi qiymət azalmaları proqnozlaşdırılmır. Bununla yanaşı, Avropa istehsallı avtomobillərin xərcində müəyyən azalmaların olacağı istisna deyil.
Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?Dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəldikdə isə əvvəllər də qeyd etdiyimiz kimi, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.
Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

İqtisadiyyat       Tarix: 13 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR

Dövlət bankı Azər Türk Bankın kollektivi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin doğum gününün ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizi

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb. xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,94 dollar azalaraq 93,09 dollar olub

Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib. xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyay

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək

İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyind

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb' - Mikayıl Cabbarov

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. xəbər verir ki, bu sözlər

Pensiyaçılara şad xəbər

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, ödənişlər bu gün həyata keçirilib

Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto

21-26 may tarixlərində Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası tərəfindən həyata keçirilmiş "Gənclər üçün biznes təlimləri" layihəs


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cəbhədən görüntüleri