Dollarla bağlı rezonans doğuran tələb – Dəyişikliklər ola bilər

Dollarla bağlı rezonans doğuran tələb – Dəyişikliklər ola bilərABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sistemini (FRS) əsas faiz dərəcəsini üç faiz bəndi aşağı salmağa çağırıb. Onun sözlərinə görə, bu addım ölkəyə hər il 1 trilyon dollara qədər qənaət qazandıra bilər. Ağ Ev rəhbərinin bu çağırışı qlobal maliyyə bazarlarında və inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda diqqətlə izlənir.
FED-in mümkün faiz endirimi dolların dəyərinə, beynəlxalq investisiya axınına və enerji qiymətlərinə necə təsir edə bilər? Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr bu prosesdən hansı istiqamətlərdə təsirlənər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, Trampın bu tələbi qlobal maliyyə və enerji bazarlarında rezonans doğuracaq bir çağırışdır:
"Bu addım reallaşarsa, inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan müxtəlif iqtisadi kanallar vasitəsilə bu dəyişiklikdən təsirlənə bilər. FED uçot dərəcəsinin azalmasının dolların zəifləməsinə gətirib çıxarması mümkündür. Bu, investorları daha aşağı gəlirli aktivlərdən uzaqlaşdırıb, yüksək gəlirli bazarlara yönləndirə bilər. Nəticədə, ABŞ dollarına olan qlobal tələbat azalacaq. Bundan əlavə, dolların ucuzlaşması qlobal ticarət balanslarını və ixrac yönümlü ölkələr üçün rəqabət şəraitini dəyişə bilər. Bu da investisiya axınlarında müəyyən yeniliklərə yol açacaq".
İqtisadçı bildirib ki, aşağı faizli ABŞ bazarının investorları inkişaf etməkdə olan ölkələrə yönəltməsi, xüsusilə Azərbaycan kimi dövlətlər üçün bəzi hallarda investisiyaların artmasına şərait yaradar:
"Bu, portfel investisiyaları və ya birbaşa xarici investisiyaların artması ilə nəticələnə bilər. Sözügedən çağırış, həm də orta və uzun müddət ərzində neftin qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Neft ixracatçısı olan Azərbaycan üçün bu, müsbət bir vəziyyət yaradır və büdcə gəlirlərinin artmasına, tədiyyə balansının möhkəmlənməsinə təsir göstərir. Dolların ucuzlaşması ölkəmizin xarici borclanma şərtlərini asanlaşdırar, beynəlxalq maliyyə imkanlarını daha əlverişli hala gətirər. Bu, xüsusilə infrastruktur və enerji layihələrinin maliyyələşdirilməsi üçün yeni imkanlar yaradacaq.
Nəticə etibarilə, Trampın bu addımı qısa müddətdə inkişaf etməkdə olan ölkələr üçün stimullaşdırıcı təsirə səbəb olar. Lakin müsbət təsirlərlə yanaşı, yüksək dəyişikliklər və qeyri-müəyyənlik olduğu üçün Azərbaycan kimi ölkələr iqtisadi siyasətlərində tarazlıq və çevik manevr qabiliyyəti nümayiş etdirməlidir".

Sosial       Tarix: 18 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanuna edilə

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər. "Trend"ə istinadla xəbə

Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanı

Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: "Milli mətbəxin axırına çıxırlar

Sosial şəbəkələrdə menyularda "xoruz dəyməyən toyuq", "dəcəl quzu" və "cavan quzu" kimi qeyri-adi adlarla təqdim olunan yeməklər geniş müzakirələrə səbəb olub. Yumor məqsədilə seçildiyi görünə

Neft bahalaşdı: Brent 96 dolları keçdi

Dünya bazarında neftin qiyməti yüksəlişini davam etdirərək 96 dollar həddini keçib. KONKRET.azxəbər verir ki, Londonun "ICE" birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2,08 ABŞ dolları (2,21%

Şəhid anası vəfat etdi

Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidi Qədir Məmişovun anası dünyasını dəyişib. Ölüm faktı ailənin yaşadığı N.Nərimanov küçəsində yerləşən mənzildə qeydə alınıb. 1941-ci il təvəllüdlü Məmmədova Zoya Şafikovna gec

Bu günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Bu gün üçün avronun məzənnəsi 1,945

Niyə bəzi insanlar həmişə gecikir? - Maraqlı səbəb

Kimisi görüşə, işə və ya tədbirə hər zaman vaxtında gəlir, kimisi isə nə qədər çalışsa da, həmişə gecikir. Maraqlıdır ki, bu vərdiş hər zaman məsuliyyətsizlik və ya başqalarına hörmətsizlikdən qaynaqlanmır. Psixoloqları

Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar

Son illər Azərbaycanda ailə institutunda müşahidə olunan dəyişikliklər boşanma statistikasında da öz əksini tapır. . Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk beş ayında ölkədə 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gune olan xeberler en son xeberler bu gun hava haqqinda axsam az xeberler