Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollar üçün gizli bir təhlükə aşkar edilib.
KONKRET.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Mənbələrə görə, qlobal maliyyə sistemində diqqətçəkən dəyişikliklər baş verə bilər.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ dollarının mümkün çatışmazlığı fonunda alternativ valyutalara, o cümlədən Çin yuanına yönəlməyi nəzərdən keçirir.
Məlumata əsasən, bu addım xüsusilə neft və digər beynəlxalq əməliyyatlar üzrə ödəniş mexanizmlərinə təsir göstərə bilər. Ekspertlər hesab edir ki, enerji ticarətində dolların payının azalması qlobal valyuta balansında dəyişiklik yarada bilər.
Nəşr qeyd edir ki, bu tendensiya ABŞ dollarının uzun illərdir davam edən dominant mövqeyi üçün "gizli təhlükə" kimi qiymətləndirilir. Bunun əsas səbəblərindən biri isə neft əməliyyatlarında alternativ valyutaların istifadəsinin artması ehtimalıdır.
BƏƏ rəhbərliyi məsələ ilə bağlı Vaşinqtonu məlumatlandırsa da, bu təşəbbüs hələlik ilkin və ehtiyat xarakteri daşıyır. Likvidliyin təmin olunması üçün valyuta svopu mexanizmləri müzakirə olunsa da, rəsmi müraciətin edilmədiyi bildirilir. (Globalinfo)
Turlar.az [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı