Donbass ssenarisi Qarabağda gerçəkləşə bilərmi?! - ÖZƏL CAVAB

Donbass ssenarisi Qarabağda gerçəkləşə bilərmi?! - ÖZƏL CAVAB"Soçi görüşü nə verdi?! Rusiya və Ermənistan üçün bu görüşün nəticəsi sıfır olaraq dəyərləndirilir. Azərbaycan üçün isə yenidən öz sözündən dönməmə, bir sözlə Əliyevin dediyi "Qarabağ müharibəsi Azərbaycan üçün tarixə qovuşub və münaqişə 2 il öncə bitib" ifadəsi 1:0 Azərbaycanın xeyrinə dəyərləndirir. Lakin bütün bunalara baxmayaraq Qarabağda gedən proseslər uzanmaqda davam edir və bu proseslərin uzanmasında maraqlı olan dövlət prosesi status-kvoda saxlamaq niyyətindədir".
KONKRET.azüçün özəl şərhində bunları deyən politoloq Ramiyə Məmmədova bildirib ki, son hadisələrə baxdıqda Rusiyanın Qarabağdakı vəziyyəti öz xeyrinə dəyişməsi üçün əlindən gələni əsirgəmədiyi sezilir.
Donbass ssenarisi Qarabağda gerçəkləşə bilərmi?! - ÖZƏL CAVABSoçi grüşündə Paşinyanın Rusiyanın istəyi ilə səsləndirdiyi təklif və istəklərin qəbul olunmadığını görən Rusiya bundan sora hansı addım atacağını hesablamağa başlayacaq:
"Putin öz çıxışında məyus vəziyyətdə bunu dilə gətirdi: "hələ ki bir nəticə ala bilmədik, lakin sülh sazişi üçün bəzi addımlar atıldı". Hansı sülh sazişindən danışıldığını soruşmaq isə bizə düşər, çünki iki il ərzində buna doğru Azərbaycandan başqa heç bir dövlət maraqlı deyil. Nə Rusiyası, nə də Ermənistanı, üstəlik Qərb dövlətləri də. Ermənistan günahı hər zamankı kimi Azərbaycanda görür, Azərbaycan isə real olaraq Ermənstanda və onun havadarlarında. Lakin hər iki dövlətin arasında fırlanan Rusiyanın başqa məqsədi var, deyəsən, bu da Qarabağ məsələsini yenidən dondurmaq və bu vəziyyətdə bir növ Ukraynadakı Donbassa bənzətmək. Xankəndidə gedən mitinqlərin və orada səslənən şuarların, Rusiya bayraqlarının dalğalanmasının, Putinin şəkillərinin havaya qaldırılmasının arxasında duran məsələ Ermənistandan çox Rusiya üçündür".
Çünki nə vaxtsa Donbass və Luqanskda gedən etiraz aksiyaları sonradan o regionların Rusiyaya birləşməsinə və rus pasportlarının verilməsinə gətirib. Politoloqun fikrincə, Xankəndində başlayan etirazların Donbass xarakteri alması rusların ağlındadır:
"Lakin Rusiya anlayır ki, Azərbaycan Ukrayna deyil və Ukraynanın arxasında dayanan yalançı Qərb yox, real əməl sahibi olan Şuşa bəyənnaməsinə imza atan Türkiyə var. Həmin o Türkiyə ki, Rusiya onu itirməyi gözə ala bilməz. Həmçinin bu gün bütün dünyadan təcrid olunan Rusiya üzünü Cənubi Qafqaza tutmaq məcburiyyətindədir və qabaqcıl dövlət olan Azərbaycanla da münasibətlərinin korlanması, əslində heç də Rusiyanın xeyrinə olmayacaq. Amma Putinin və ya onun Qarabağla bağlı siyasətini yürüdənlər orda gedən proseslərə göründüyü kimi adekvat qiymət verə bilmir və vəziyyəti getdikcə gərginləşdirir.
Hansısa Vardanyanı Qarabağa gətirərək orada yeni layihə olan Rusiya torpağının yaranmasına gələcəkdə nail olmaq Rusiya ücün heç də yaxşı nəticəyə gəlməyə bilər. Çünki bu dəfə başlayacaq hərbi əməliyyatlar təkcə Ermənistanın sonuna deyil, hətta Rusiyanın bölgədəki varlığını sual altında qoya bilər".
Xanım politoloqun fikrincə, Türkiyə faktorunu unutmaq olmaz.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 04 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber