Dönər üçün ət yalnız bu yerlərdən alına bilər - QƏRAR

Dönər üçün ət yalnız bu yerlərdən alına bilər - QƏRARÇiy dönərin emalı üçün istifadə edilən ət yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.
azxeber.com xəbər verir ki, bu, "Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasında qəbul olunmuş Qərarda əksini tapıb.
Qərara əsasən,
-  ictimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması bölməsinin bütün avadanlıq və inventarları "çiy ət" nişanı ilə markalanmalı və onlardan müəssisənin digər bölmələrində istifadə olunmasına yol verilməməlidir;
- çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud çiy dönərin hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda aşağıdakı ardıcıllıqla yuyulub təmizlənməlidir:
- ət qalıqlarından mexaniki təmizlənməli;
- fırça, soda və ya digər yuyucu maddələrdən istifadə edilməklə 40 C-dən aşağı olmayan temperaturlu su ilə yuyulmalı;
Ətraflı
- 65 C-dən aşağı olmayan temperaturlu suda yaxalanmalı;
- istifadəsinə yol verilən dezinfeksiyaedici maddə ilə dezinfeksiya edilməklə təmiz su ilə yaxalanmalı;
- stellajlarda yaxud barmaqlıqlı rəflərdə saxlanmaqla qurudulmalı;
- istifadədən əvvəl mütləq təmiz suda təkrar yaxalanmalıdır;
- çiy ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi bölmələri fərqli ət partiyalarının qarışdırılmasına və emal prosesinin fərqli mərhələlərində olan xammal və yarımfabrikatların təmasına imkan verməyən, bir-birindən ayrı bölmələrdə həyata keçirilməlidir;
- emal olunduğu müəssisədən alınaraq digər müəssisələrdə dövriyyəsinin izlənilə bilməsi məqsədilə çiy dönərin emalını həyata keçirən müəssisə tərəfindən Qanunun 27-ci maddəsinin tələbləri əsasında sənədləşmənin həyata keçirilməsi təmin olunmalıdır.
- texnoloji proseslərin həyata keçirilməsində sanitariya normalarına və qaydalarına əməl edilməsinin effektiv təminatı məqsədilə Qanunun 38.6-cı maddəsində göstərilən müddətdə Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinə (HACCP) əsaslanan prosedurlar tətbiq olunmalı və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sistemi təşkil edilməlidir.

Sosial       Tarix: 04 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər.com axsam az xeberler hava proqnozu xeber saytlari