Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA

Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMADönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə "Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması" layihəsinə start verib.
Bəs dönərin qiyməti necə tənzimlənəcək? Bu layihədən sonra mənşəyi bilinməyən dönərlərlə bağlı hansı addımlar atılacaq? 
Məlumdur ki, belə dönərlər bir manata satılır. Digər bir məqam isə ondan ibarətdir ki, iddiaya görə, yeni layihə ilə hazırlanacaq dönərlərin qiyməti iki manat olacaq. Sosial şəbəkə istifadəçiləri belə fikir irəli sürüblər ki, AQTA bununla bir manatlıq dönərin satışını əngəlləyəcək.
Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, agentlik yarandığı gündən bu günədək təkcə qeyd edilən layihə çərçivəsində ictimai iaşə müəssisələri sayılan dönərxanalarla deyil, ümumilikdə tarladan süfrəyədək prinsipi əsasında qida zəncirinin bütün mərhələləri üzrə dövlət tənzimləməsini və dövlət nəzarətini həyata keçirir. Aparılan nəzarət və tənzimləmə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür:
"Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması" layihəsinin məqsədi nümunəvi ayaqüstü qidalanma biznes obyektlərinin müasir standartlara uyğun formaya gətirilməsinin təmin edilməsi, o cümlədən işçi personalın bilik və bacarıqlarının inkişaf etdirilməsi, qida təhlükəsizliyi nəzarət sisteminin qurulması istiqamətində təlimlərə cəlb edilməsi, sahibkarlara hüquqi, iqtisadi və mühasibatlıq dəstəyinin göstərilməsidir.
Layihə çərçivəsində dönər məhsullarının satış və qiymət siyasəti ilə bağlı məsələlərdə agentlik tərəfindən hər hansı bir müdaxilə həyata keçirilməyəcək. Bu sahibkarların müstəqil qərar verəcəyi məsələdir. Layihə icraçıları tərəfindən sahibkarlara biznesin təşkili və marketinq siyasəti ilə bağlı müvafiq təlimlər keçiriləcək".
İlhamə Əbülfət

Sosial       Tarix: 19 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər xəbərlər.com hava haqqinda xeber.az