Doqquz sentə dəyməyən 907-ci düzəliş...

Doqquz sentə dəyməyən 907-ci düzəliş...</p> 
 <p>İraq, Suriya, Əfqanıstan, Ukrayna… Amerika Birləşmiş Ştatları (ABŞ) "fəxr" edə bilər ki, bu ölkələrin əhalisi tərəfindən ən çox "hörmətlə yad edilən dövlət" siyahısında birinci yerdə qərarlaşıb. Çünki bu dövlətlərin xalqlarına yaşadılan müsibətlərin, fəlakətlərin səbəbkarı yalnız odur.
ABŞ-nin qurbanlar siyahısını genişləndirmək də olar. Proseslərin gedişi onu deməyə əsas verir ki, fövqəldövlətin növbəti qurbanı Ermənistan olacaq. Son vaxtlar bu ölkə ətrafında təhlükəli oyunlar gedir. Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışan Ağ Ev "zəif bənd" kimi məhz erməniləri seçib.
Bu arada, dünən ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir.
Qeyd edək ki, 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.
Beləliklə, hədəf bəllidir – Cənubi Qafqazı növbəti gərginlik ocağına çevirmək. Görünür, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi Ermənistandan çox Birləşmiş Ştatları narahat etməyə başlayıb. Vaşinqton hətta 30 il Fransa ilə birlikdə ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğunu da "unudub". Ermənistan hakimiyyətində təmsil olunan şəxslər belə sülhdən danışdıqları halda Birləşmiş Ştatlar bölgədə gərginlik yaratmağa çalışır.
Bundan əvvəl Konqresinin Nümayəndələr Palatası da "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirib. Təəccüb doğuran məqam budur ki, hər dəfə keçirilən dinləmələrdə ədalət və beynəlxalq hüquq prinsiplərinə ABŞ dövlətinin maraqları prizmasından yanaşmasının şahidi oluruq. Konqresdəki dinləmələr bir daha keçmiş Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və 27 il ərzində bu istiqamətdə heç bir konstruktiv addım atmayan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi ABŞ-nin tarixi qələbəmizi, ən əsası, uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqla qarşıladığını təsdiqlədi.
Sual olunur, bədnam dinləmələrdə nə üçün keçmiş münaqişənin 30 il həllini gözləməsində Vaşinqton kimi dünya gücünün ikili standartlara əsaslanan siyasətindən bəhs olunmur? Bir milyondan artıq insanın 30 il ərzində pozulmuş hüquqları niyə onları narahat etməyib?
Doqquz sentə dəyməyən 907-ci düzəliş...</p> 
 <p>Bədnam 907-ci düzəlişin bərpasını nəzərdə tutan bu riyakar addımı qəbul etməklə ABŞ öz çirkin xislətini ortaya qoyub. Bunu sadə faktlarla da sübuta yetirmək mümkündür.
Birincisi, bu addım onu göstərir ki, okeanın o tayında hakimiyyətdə olanların 30 il əvvəlki düşüncəsi dəyişməyib. 907-ci düzəliş qəbul edilən zaman da beynəlxalq ədalət prinsipləri nəzərə alınmadı, işğala məruz qalanla, işğalçı dövlət arasında fərq qoyulmadı. Nəticədə Azərbaycan ABŞ-nin yardımlarından məhrum edildi.
İkincisi, o zaman anti-Azərbaycan qərarı qəbul etməklə hədəf o idi ki, Azərbaycan təzyiqlərə baş əyəcək, ikinci erməni dövlətinin yaradılmasına razılıq verəcək. Nəticə də göz önündədir. Azərbaycan təzyiqlərə tuş gəldi və sonda da separatizmə son qoyan ilk ölkə kimi tarixə düşdü.
Üçüncüsü, ABŞ təzyiqinin əsas səbəbi qarşıdan gələn seçkilərlə bağlıdır. Yəni hər dəfə olduğu kimi, bu dəfə də erməni lobbisinin maraqlarından çıxış edilib. Seçki dövründə Azərbaycana qarşı bu tip təzyiqlər və qərarlar dayanmayacaq. Proses başa çatıqdan sonra erməni lobbisi lazımsız bir əşya kimi kənara atılacaq. Bunu ermənilər özləri də etiraf ediblər. 44 günlük müharibə və sonrakı dövrdə ABŞ-nin bitərəf qalması ermənilərin sərt tənqidlərinə tuş gəlmişdi.
Dördüncüsü, bu gün Azərbaycanı ABŞ yardımlarından məhrum etməklə hədələyənlər unudurlar ki, ölkəmiz artıq özü donor bir dövlətə çevrilib, digər ölkələrə yardımlar edir. Məsələn, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan ehtiyacı olan ölkələrə vaksin yardımı edir, Ukrayna kimi müharibə zonalarına humanitar yardımlar göndərir. Ağ Evdə oturanlar bir məsələni unudurlar ki, Azərbaycanla güc dilində danışmağın zamanı keçib. Rəsmi Bakı hər zaman dövlət və regional maraqlardan çıxış edir, bu siyasət ABŞ-nin qlobal maraqlarına toxunsa belə. Birləşmiş Ştatlar etiraf etməlidir ki, artıq yeni qlobal geosiyasətdə, modern düzəndə dünya jandarmı deyil. Britaniya, Rusiya, Türkiyə, Pakistan, Çin, İran, Afrika və ərəb ölkələri indi aktiv şəkildə ABŞ və Avropa İttifaqını, xüsusilə də Fransanı ənənəvi rahat bölgələrindən sıxışdırıb çıxarırlar.
Azərbaycan da növbəti dəfə ikili standartların təzahürü ilə rastlaşdı. Lakin ABŞ unutmamalıdır ki, belə bir yanaşma onun Cənubi Qafqazda nüfuzuna ciddi təsir edəcək. Ən əsas məsələlərdən biri də odur ki, onun bu mövqeyi NATO üzrə əsas müttəfiq dövlətlərdən olan Türkiyə ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Nəzərə alaq ki, ABŞ son vaxtlar Yaxın Şərqdə aktiv fəaliyyət göstərməyə çalışır. Türkiyəsiz isə bu siaysət iflasla nəticələnəcək.
Nəhayət, başa düşülməlidir ki, 907-ci düzəlişlə bağlı mülahizələr, Azərbaycana hərbi yardımların dayandırılması, Vaşinqton və İrəvan arasında müdafiə sahəsində kritik addımların koordinasiyası bölgədə sülhün bərqərar olması yerinə, daha ciddi təhdidlər yaradır və Ermənistanda revanşist qüvvələri yeni müharibəyə təhrik edir. Ağ Ev bu davranışlarına davam edərsə, regional siyasətdə ağır məğlubiyyətə düçar olacaq.
Azər Nuriyev "Report"

Siyasi       Tarix: 17 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri valyuta mezenesi xeberler azerbaycan valyuta mezennesi banklar