DOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTO

DOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTO
DOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunan "DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib. Tədbir ZOOM proqramı üzərindən onlayn formada yayımlanıb.
Agentlikdən bildirilib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və cəmi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı böyük tarixi qələbə qazandı.
Nazir qeyd edib ki, tədbirdə çıxış edəcək şəxslər Vətən Müharibəsi dövründə öz sahələri üzrə xalqımız qarşısındakı borclarını ləyaqətlə yerinə yetirib və gördükləri işlərlə dövlətimizə, xalqımıza, ordumuza dəstək olublar. Bu gün onlar bizimlə gördükləri işləri bölüşəcək və əldə etdikləri bu uğurun səbəblərini açıqlayacaqlar.
Daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli də çıxış edərək bildiriblər ki, son illər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, bu siyasətlə bağlı baş tutan tədbirlər, gənclərin vətəpərvər ruhda yetişməsi dövlətimizin Vətən Müharibəsindəki möhtəşəm qələbəsinin bünövrəsi olub. Qeyd olunub ki, sentyabr ayında qələbənin qazanılması üçün lazım olan üç amil – dövlətin, ordunun və xalqın birliyi var idi və bu birlik bizi şanlı Qələbəyə apardı.
Tədbir DOST Könüllülərinin Qələbənin qazanılmasında ən böyük pay sahibləri olan Şəhidlərimizə ithaf etdiyi musiqili kompozisiya ilə davam edib.
Daha sonra hərbi reportyor, teleaparıcı Heydər Mirzə, Brüssel Universitetinin məzunu, Şuşa döyüşlərinin iştirakçısı Ülfət Hacıyev, Vətən Müharibəsi günlərində dəfələrlə yardım kampaniyaları təşkil edərək cəbhə bölgəsinə çatdırılmasını təmin edən Qorxmaz Aydınlı, informasiya müharibəsində əhəmiyyətli rolu olan "Amerikansayağı Bakı" səhifəsinin yaradıcısı Sadiq Fərzəlibəy, idman jurnalisti, Şuşa uğrunda gedən döyüşlərdə yaralanmış əsgər Daşqın Əziz, Şəhid ailələri üçün 200.000 ABŞ dolları məbləğində ianə toplamış Çikaqoda yaşayan Türyan Məmmədov, cəbhədə yaralı əsgərlərimizi müalicə edən və partlayış nəticəsində kontuziya alan həkim Müseyib Şərifzadə və İnformasiya müharibəsinin daha bir aktiv iştirakçısı Fərid Pərdəşünasın çıxışları dinlənilib. Onlar çıxışları zamanı Vətən Müharibəsi ilə bağlı xatirələr, müharibədən sonrakı həyatları, Azərbaycanda hərb sahəsinin son illərdəki inkişafı, yardım kampaniyalarının təşkili, informasiya müharibəsində görülən işlər, cəbhəyə və şəhid ailələrinə dəstək üçün yardımların toplanması və s. mövzularda fikirlərini və xatirələrini bölüşüblər.
Qeyd edək ki, tədbir gənclərə vətənpərvərlik ruhunun aşılanması və onları bu istiqamətdə motivasiya etmək məqsədi daşıyıb. Ümumilikdə 500-ə yaxın iştirakçı ZOOM proqramı üzərindən tədbirə qoşulub, DOST Agentliyinin rəsmi facebook səhifəsi üzərindən də canlı yayım təşkil edilib.
DOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTODOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - FOTO

Sosial       Tarix: 15 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler