Dövlət başçısı azad edilmiş torpaqlarda inşa ediləcək SES-lərdən DANIŞDI
"Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar".
KONKRET.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
"Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – "Acwa Power" və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidr. Hazırda bp şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Birləşmiş Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir günəş elektrik stansiyasının inşası ilə bağlı, hər iki layihə haradasa 400-450 meqavat gücündədir. Üstəlik 240 meqavat qeyd etdiyim kimi "Acwa Power", ondan sonra Xudafərin və Qız qalası su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. Azərenerjinin özünün 50 meqavatlı külək elektrik stansiyası var, ondan sonra azad edilmiş torpaqlarda keçən il Güləbird, Suqovuşan-1, Suqovuşan-2, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu və bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşası və artıq inşaatının tamamlanması nəzərdə tutulur", – Prezident vurğulayıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var