Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev"Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik." - Ulu Öndər Heydər Əliyev.
Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.
Azərbaycan Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Respublikamızın çoxminli təhsil işçiləri "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanundan, eləcə də ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində, Ulu Öndərin dövlət dili ilə əlaqədar verdiyi müdrik göstərişlərin, irəli sürdüyü müddəa və ideyaların gerçəkləşməsində yaxından iştirak edirlər. ölkəmizdə hər il "Ana dili" günü təntənəli surətdə qeyd edilir.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur. Bu şərəfli tarixi yolun başlanğıcı hələ 1970-ci ildə BDU-nun 50 illik yubileyində o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisə sayılan respublika rəhbərinin Azərbaycan dilində çıxışı iləbaşlandı. Bu tarixi çıxış ziyalılara, bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir xəbərdarlıq idi ki, bu proses sonralar milli özünüdərkdə müstəsna rol oynadı. Az keçmədi ki, Azərbaycan dili nüfuzlu məclislərə, dövlət əhəmiyyətli tədbirlərə yol açdı, Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik "Müasir Azərbaycan dili" dərsliyinə, "Azərbaycan dilinin dialektologiyasının əsasları" dərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı artırıldı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanının tələbləri baxımından ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyatının tədrisi vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri barədə Respublika Təhsil Nazirliyinin 2002-ci ilin 11 iyul tarixli, 70 nömrəli kollegiya qərarında göstərilir ki, ümumtəhsil məktəbi şagirdlərinin əsl vətəndaş kimi yetişdirilməsində, onlara milli mənəvi və ümumbəşəri dəyərlərin aşılanmasında, milli mənliyinin dərk edilməsində Azərbaycan dili və ədəbiyyat fənlərinin əhəmiyyəti böyükdür. Azərbaycan dili ölkəmizin müstəqilliyə qədəm qoyması ilə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli birliyinin yaradılmasında və əlaqələrinin genişləndirilməsində müstəsna rol oynayır, soydaşlarımızın ünsiyyət silahına çevrilir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır.
Ulu Öndər Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.
Nigar Abasova, Azərbaycan dili və ədəbiyyat müəllimi / azxeber.com

Sosial       Tarix: 02 avqust 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şirin qarpızı necə seçmək lazımdır?

Yaxşı və şirin qarpız seçmək üçün onun torpaq ləkəsinə, saplağına və səsinə diqqət yetirmək lazımdır. -a istinadən xəbər verir ki, ən dadlı qarpızı belə tanımaq olar:. Torpaq ləkəsi: Qarpızın altındakı ləkə nə qədər tün

Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

Əmtəə bazarlarında neftin qiyməti 97 dolları ötüb. xəbər verir ki, dünya bazarında neft qiymətləri artım nümayiş etdirib. Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 ABŞ dollar

Yer kürəsində geomaqnit pozuntuları müşahidə olunur

Yer kürəsində maqnit sahəsinin zəif pozuntuları qeydə alınıb, lakin hələlik maqnit qasırğası başlamayıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Ye

Valyuta məzənnələri AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, iyunun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0369 manat təşkil edib. Öz növbəsində, Avro 1,960

Azərbaycanda keçmiş deputat vəfat etdi - FOTO

Zərdab Peşə Liseyinin keçmiş direktoru və sabiq millət vəkili Əlihüseyn Əliyev vəfat edib. xəbər verir k, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, onun 76 yaşı var idi. Əlihüseyn Əliyev 1991-ci ilə qədə

Kəskin istilər gəlir - Ekoloqdan açıqlama

Bu il Bakıda qış mövsümünün gözlənilən sərt soyuqları və qar yağıntısı müşahidə olunmadı. Əvəzində yaz aylarında qeyri-sabit və bəzən də qeyri-adi hava dəyişiklikləri diqqət çəkdi. Temperaturun tez-tez dəyişməsi və yağıntıları

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 3 vaqon buğda, 2 vaqon arpa, 1 vaqon gübrə göndəriləcək. xəbər verir ki, vaqonlar bu gün Biləcəri stansiyasından yola salınacaq

Bitcoin sürətlə ucuzlaşır - İnvestorlar bazardan qaçır

Kriptovalyuta bazarında satışlar güclənib, qorxu indeksi 21 bəndə düşüb. KONKRET.azxəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 1,79% azalaraq 2,25 trilyon dollara enib. "Bitcoin"i

WhatsApp'da yenilik - Əziyyət çəkmədən pul qazandırır

"Meta" "WhatsApp" biznes sahibləri üçün şirkəti yeni "Meta Business Agent" platformasını təqdim edib. -a istinadən xəbər verir ki, süni intellekt əsaslı bu sistem kiçik və böyük bizneslərin müştər


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe siyaseti xeberler bugun cəbhədən son xeber xeberler bugun 2026