Dövlət müəssisələrində çalışan tibb işçiləri güzəştli ipoteka krediti ala biləcək

Dövlət müəssisələrində çalışan tibb işçiləri güzəştli ipoteka krediti ala biləcək"Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək".
azxeber.com-un xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb: "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na təklif olunan dəyişikliklər tibb işçilərinin mənzilə olan tələbatının ödənilməsi və onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır".
Z.Əliyev bildirib ki. təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb: "Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının (qurumlarının) nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər".

Sosial       Tarix: 02 may 2022
f Paylaş

Oxşar xəbərlər

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri

Azərbaycanda benzin bahalaşacaq? - Tarif Şurası qərar verə bilər

Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qloba

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler cəbhədən son vəziyyət xabarlar son xeberler bugun